Diaspor nümayəndəsi: Əminəm ki, VI Qurultayda daha güclü və gələcəyə inamla irəliləyən Azərbaycanda görüşəcəyik
MÜSAHİBƏLƏR

Diaspor nümayəndəsi: Əminəm ki, VI Qurultayda daha güclü və gələcəyə inamla irəliləyən Azərbaycanda görüşəcəyik

Biz gənclər mədəniyyətimizi, tariximizi və siyasətimizi xarici dövlətlərdə təbliğ edir və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə daim səylə çalışırıq. Bu, əvvəlcədən düşünülmüş, Azərbaycan Prezidenti tərəfindən formalaşdırılmış siyasətdir. Biz xarici ölkələrdə Azərbaycan dilinin, tarixinin tədris olunduğu məktəblər, dərnəklər, düşərgələr təşkil edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənclər Birliyinin təsisçisi Qasım Qurbanov deyib.

"Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək üçün Şuşa şəhərinə, mədəniyyət paytaxtımıza ayaq basmaq çox qürurvericidir. Bu, hər bir azərbaycanlı üçün fəxrdir. Mən burada iştirak edən ən gənc iştirakçıyam, buna görə də çox böyük qurur hissi keçirirəm. Əminəm ki, Dünya Azərbaycanlılarının VI Qurultayında daha güclü və gələcəyə inamla irəliləyən Azərbaycanda görüşəcəyik", - deyə Qasım Qurbanov qeyd edib.

AZƏRTAC