Dövlət dəstəyi aqrar sahəni inkişaf etdirir
İQTİSADİYYAT

Dövlət dəstəyi aqrar sahəni inkişaf etdirir

Aranla Qarabağ Ağcabədidə qovuşur, bu yerlərdə torpaqlar münbit, məhsuldardır. İnsanları isə zəhmətkeşdir, hər qarış torpağın qədrini yaxşı bilirlər. Vaxtilə ölkənin ən iri pambıqçılıq rayonlarından biri olan Ağcabədi indi " qızıl" istehsalında respublikada birinciliyi əlində saxlayır. Çünki bu rayonda pambıqçılıqda yaxşı ənənələr yaranıb bu gün o, yüksək səviyyədə davam etdirilir.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə inkişaf edir təbii ki, pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradır. Hazırda rayonda çiyid səpini başa çatıb, yaz aylarında əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl düzgün əməl olunur. Cərgələrarası becərmələr, alaq otlarına zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılır, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə suvarma suyu ilə təmin edilir. Buna görə pambıqçılar yüksək məhsuldarlığa nail olurlar. Pambıqçılıqdan qazandıqları qazancla öz ailə-məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden medallarla təltif olunan insanların yaratdıqları yaxşı ənənələr əkinçilərin həmişə köməyinə çatır.

Təcrübəli " qızıl" ustaları deyirlər ki, pambıq bitkisinin gövdəsi , çiyidi , ləçəyi yararlıdır. Belə ki, pambıq mahlıcı toxuculuq sənayesində çox əhəmiyyətli məhsul hesab olunur. Çiyiddən alınan bitki yağı məişətdə əsas yerlərdən birini tutur, ondan hazırlanan qüvvəli yem heyvandarlıqda əvəzedilməzdir, gövdəsindən kənd adamları yanacaq kimi istifadə edirlər. Qeyd edək ki, son illər rayonda pambıqçılığın dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Ağcabədinin iqlim şəraiti, əkinçilərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük stimul yaradır. Ötən il rayonda 11 min 838,6 hektarda pambıq yetişdirilib, pambıqçılar 40 min tondan çox məhsul istehsal ediblər. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırırlar.

İndi Ağcabədi rayonunda yaz-tarla işləri öz axarı ilə davam edir. Bu il rayon üzrə "MKT-İK", "Azərpambıq", "P-Agro", "Aztəsərrüfat", "Cotton Trade" "AŞİB" MMC-lər tərəfindən 11 min hektardan çox ərazidə çiyid səpini aparılıb. 1540 nəfər xüsusi mülkiyyətçi fermerlə pambıq əkini üçün müqavilə bağlanılıb. Qeyd edək ki, pambığın hər tonuna görə dövlət tərəfindən ödənilən subsidiyanın məbləği 100 manatdan 170 manata yüksəldilib.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində fermerlər təhvil verdikləri xam pambığın hər tonuna görə əlavə 120 manat qazanc əldə edə biləcəklər. Regional inkişafa dair Dövlət Proqramı bölgələrin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə, yeni yerlərinin açılmasına, həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, su mənbələrindən səmərəli istifadə edilməsinə, müasir texnologiyaların tətbiqinə yeni bir stimul yaradır. Bu, Ağcabədi rayonunda daha çox hiss olunur. Rayonun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda uğurlu nəticələr əldə edilir. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət qayğı, fermer sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması kənd təsərrüfatının inkişafına səbəb olur.

Salman ALIOĞLU,

"Respublika".