DSMF-nin gəlir və xərclərində 70 faiz, sosial  sığorta daxilolmalarında 2,1 dəfə artım olub 
Sosial həyat

DSMF-nin gəlir və xərclərində 70 faiz, sosial  sığorta daxilolmalarında 2,1 dəfə artım olub 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi davam edir. 2018-2023-cü illərdə DSMF-nin gəlir və xərcləri 70 faiz artaraq 6 mlrd. 264 mln. manata, sosial sığorta daxilolmaları 2,1 dəfə artaraq 4 mlrd. 784 mln. manata çatıb. Bu barədə 27 may Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilir.

2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı sistemlərinə başlanıb. Ötən dövrdə 560 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaş müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən proaktov qaydada aparılıb. 

“Respublika”.