Ehtiram Fərzəlibəyov: Bu cür möhtəşəm festivalın Şuşada keçirilməsini çox arzulayırdım
MÜSAHİBƏLƏR

Ehtiram Fərzəlibəyov: Bu cür möhtəşəm festivalın Şuşada keçirilməsini çox arzulayırdım

Şuşa şəhərində bu cür möhtəşəm festivalın keçirilməsini çox arzulayırdım. Uzun müddətdir Azərbaycanın mədəniyyət paytaxtına gəlməyi planlaşdırırdıq. İşğaldan azad edilmiş torpaqlarda bu cür beynəlxalq festivalların keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müzəffər Ordumuza minnətdarlığımı bildirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında azərbaycanlı kulinar, Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edən Ehtiram Fərzəlibəyov deyib.

Şəki-Zaqatala iqtisadi rayonunu təmsil edən kulinar festivalın gözəl təşkil edildiyini bildirib, bu cür festivalların davamlı olmasını arzulayıb.

E.Fərzəlibəyov Şəki-Zaqatala iqtisadi rayonuna aid milli təamları hazırladığını vurğulayaraq deyib: "Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının son günündə biz Zəfər plovunu qonaqlara təqdim etdik. Xüsusi reseptlə hazırladığımız bu təamı biz işğaldan azad olunmuş torpaqların şərəfinə bişirmişik".

AZƏRTAC