Ekofəallar birlik və həmrəylik nümayiş etdirir
Digər xəbərlər

Ekofəallar birlik və həmrəylik nümayiş etdirir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə, "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı şəkildə müxtəlif təxribatlarla maneçilik törədilir. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı gənclərin ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası isə bütün maneələrə rəğmən 109 gündür ki, davam edir.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı işğala son qoydu. Bu müddət ərzində Ermənistan onun havadarları ərazilərimizdəki təbii resursları mənimsəmiş ekoloji terror törətmişlər. Bununla yanaşı, ərazidə qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin daşınması kimi beynəlxalq hüquq normaların prinsiplərinə zidd əməllər həyata keçirilmişdir.

Martın 5- Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizdə olan xarici media nümayəndələri gəliblər. Onlar ekoaksiyanın gedişi barədə məlumatlandırıldıqdan sonra reportajlar hazırlayıblar. Qeyd edək ki, media nümayəndələri Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidinin şahidi olublar.

Ekoloji terrorun sona çatması Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyası üçün dövlətimiz ciddi səy göstərir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov martın 1- Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşü onların konstitusional haqları barədə məlumat verib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1- Xocalı şəhərində keçirilmiş görüşün martın 13- təqdim edilmiş dəvətin Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif etməsi görülən işlərin davamıdır.

Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan, əksinə, yaranan situasiyadan özünün siyasi məqsədləri üçün istifadə edir. Rəsmi İrəvan azərbaycanlı ekofəalların haqlı arqument tələblərini kölgədə qoyaraq bu etirazları siyasi müstəvidə beynəlxalq gündəliyə çıxarır. Son günlərdə Ermənistanın, separatçı rejimin, erməni lobbisinin bütün imkanlarını səfərbər etməsi bundan xəbər verir. Ermənilər öz havadarlarının əli ilə Azərbaycanın haqlı etirazlarını beynəlxalq müstəviyə səhv istiqamətdə təqdim edirlər. Bu kimi təsir ya təzyiqlər Azərbaycanın öz milli maraqlarını qoruması ilə bağlı mövqeyini dəyişə bilməz. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı bu əsarətə son qoydu. Bu müddət ərzində Ermənistan onun havadarları ərazilərimizdəki təbii resursları mənimsəmiş ekoloji terror törətmişlər. Bununla yanaşı, ərazidə qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin daşınması kimi beynəlxalq hüquq normaların prinsiplərinə zidd əməllər həyata keçirilmişdir.

Ekofəallar gənc könüllülər dəyişməz şüarlarla Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Ötən il dekabr ayının 12-dən - ekoaksiyanın başladığı gündən bəri yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Nurlan ABDALOV,

"Respublika".