Erməni katolikosu II Qaregin xalqını silahlı münaqişəyə səsləyir
Digər xəbərlər

Erməni katolikosu II Qaregin xalqını silahlı münaqişəyə səsləyir

Bütün hallarda münaqişə və müharibələrdə din xadimləri hər zaman sülh çağırışında olmalı, millətini sülhə, barışığa səsləməlidirlər. Son zamanlar erməni katolikos II Qareginin xalqına etdiyi çağırışlar bir daha göstərdi ki, din xadimi nəinki, insanları sülhə səsləyir, əksinə zoru, gücü təbliğ edir. Əslində bu ilk deyil. Erməni kilsəsi tarix boyu ermənilərin törətdikləri terror əməllərinə dəstək verib. Bu da ondan irəli gəlir ki, bu xalqın tarixi, dövləti olmadığı üçün onlar yaşadıqları ərazilərdə, ölkələrdə yalnız münaqişə yolu ilə nəyəsə nail olmaq istəyirlər. Eyni zamanda da Azərbaycanda. Yəni biz bundan öncə də dəfələrlə belə çağırışların şahidi olmuşuq. Bu da onu göstərir ki, Ermənistan bütövlükdə müharibəyə, savaşa meyillidir. Hətta din pərdəsi altında dini yardım adı ilə ianələr toplayıb terrora dəstək olmasını da görmüşük. Dəfələrlə həmin terrorun faciələrini yaşamışıq. Lakin bütün dinlərin bir məqsədi var: cahanda,  cəmiyyətdə sülh, əmin-amanlıq yaratmaq.

Azərbaycan tolerant dövlət kimi hər zaman bütün dinlərə və onların müqəddəs dini abidələrinə hörmət və ehtiramla yanaşmışdır. Baxmayaraq ki, 30 illik işğal dövründə biz ermənilərin mədəni, tarixi və dini abidələrimizə qarşı törətdikləri vəhşiliklərin fəlakətlərini yaşamışıq. Onlar xalqımıza qarşı barbar, vəhşi, terror əməlləri azmış kimi, bölgədə olan tarixi abidələrimizi də dağıdıb məhv etmişlər. Lakin bütün baş verənlərə baxmayaraq Bakıda olan erməni kilsəsi belə qorunub saxlanmışdır .

Erməni dini rəhbərlər öz millətini silahlı münaqişəyə səsləməklə din pərdəsi altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Lakin anlamırlar ki, öz xalqını müharibəyə çağırmaqla onları neçə bir fəlakətə sürükləyirlər. Erməni keşişi və onun havadarları xalqını Azərbaycana qarşı müharibəyə çağırmaqla yeni fəlakətin, faciənin bünövrəsini qoymuş olurlar. Erməni xalqı artıq bunu anlamalı və din xadimlərinə qarşı öz etirazlarını bildirməlidirlər. Eyni zamanda,  erməni din xadiminin bu fəaliyyəti dünyadakı bütün dini mərkəzlər və din xadimləri tərəfindən pislənməlidir. Əgər bu gün dünya buna münasibət bildirməsə,  gələcəkdə baş verəcəklər yalnız və yalnız onların öz əleyhinə işləyəcək. Erməni din xadimi xalqı sülhə çağırmaqdansa əksinə, qonşu dövlətlərə qarşı düşmənçiliyə,  ədavətə sürükləyir.  Baş verə biləcək hər hansı bir münaqişə və faciədə isə ilk növbədə xalq əziyyət çəkəcək. Və bunu anlamayan və yaxud da anlamaq istəməyən II Qaregin də fikirləşməlidir ki,  din xadiminin öz xalqını ölümə, fəlakətə səsləməsi  heç bir dinə, onun qaydalarına sığmır. Çünki bütün dinlər, o cümlədən xristian dini insanları sülhə, barışığa çağırır.

Ümumniyyətlə  din rəhbəri nüfuzlu şəxs kimi ictimai fikirdə böyük təsir gücünə malik insan sayılırlar. Bütün dinlər də xeyirxahlıq, sevgi dəyərlərinə söykənir və onları təbliğ edir. Nəinki, millət içində zorakılıq,   zülm və nifrət hisslərini aşılayır. Din mehribanlığı, dostluğu sevir. İstər ailə, dost arasında,  istərsə də qonşu və digər millətlər arasında. Lakin erməni katolikosunun son, 2023-cü illə bağlı təbriki öz xalqına sülh, əmin-amanlıq arzulamaq yox, onu müharibəyə səsləməkdir. Katolikos II Qaregin Ermənistana, diaspora və “artsax" a ünvanladığı müraciətində deyir: “Ötən il də xalqımız üçün bəlasız ötüşmədi. Yəni qurbanlarımız, itkilərimiz oldu. Vətən hələ də təhlükəsizlik problemləri ilə üz-üzədir. Sərhədlərimiz, dinc yaşayış məntəqələrimiz düşmən gülləsi altındadır. Artsaxlı oğullarımız bir çox çətinlikləri, o sırada Laçın yolunun bağlanması nəticəsində yaranan çətinlikləri dəf edərək müstəqil yaşamaq hüququ uğrunda dönməz ruhla döyüşməyə davam edirlər”.

Dünyadakı ikinci böyük erməni katolikosluğunun-“Böyük Kilikiya Evi" nin başçısı birinci Aram da heç də II Qaregindən geri qalmır. O da erməni xalqı arasında müharibə toxumu səpməyə başlayıb. Dünya qloballaşmaya,  sülhə, barışığa doğru getdiyi bir dövrdə Ermənistan və onun terrorçu xislətli din xadimlərinin öz xalqına arzusu,  istəyi müharibə, fəlakətdir. Hələ 2010-cu ildə Ümumdünya Din Xadimlərinin Sammiti Bakıda keçiriləndə bütün ermənilərin katolikosu II Qaregin də Bakıya gəlmiş, Dini Liderlərin Ümumdünya Sammitində çıxış etmişdir. O, dünyadakı müharibə və terrorizmə son qoyulmalıdır deyə səslənmişdir. “Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdən ibarətdir”,-deyə erməni katolikosu bildirmişdir. O zaman keçmiş Qarabağ münaqişəsinə də toxunaraq “Necə xoşbəxt bir gün olardı ki, regiondakı bütün sərhədlər açılardı və münaqişələr həll olunardı", -- deyə xüsusi vurğulamışdır. Görünən odur ki, kimliyindən,  hansı mənsəb sahibi olmasından asılı olmayaraq erməni hər zaman ermənidir. Yaltaq, ikiüzlü,  xain, terrorçu və vandal.

                                        Ramidə YAQUBQIZI,

                                           “Respublika”.