Ermənipərəst təşkilatlar Azərbaycanı haqq yolundan döndərə bilməz
Digər xəbərlər

Ermənipərəst təşkilatlar Azərbaycanı haqq yolundan döndərə bilməz

Bu gün əksər ölkələrdə narazılıqların baş qaldırması göz önündədir. Belə ölkələrdən fərqli olaraq dövlət başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanda əmin-amanlıq, iqtidar-xalq birliyi hökm sürür. Lakin bu əmin-amanlığı həzm edə bilməyən, Azərbaycana qarşı qərəzli siyasət yeridən bir sıra beynəlxalq təşkilatlar da var.

 "Freedom House", "Amnesty International", "Human Rights Watch" "Sərhədsiz Reportyorlar" kimi qurumların zaman-zaman ölkəmizə qarşı tutduqları mövqe bunu təsdiqləmişdir. Belə ki, həmin təşkilatlar tərəfindən təqdim olunmuş bir sıra hesabatlarda dövlətimizə qarşı böhtan sifariş xarakterli bəyanatlar yer almışdı.

Bu təşkilatlar həm Qərbin Avropanın aparıcı dövlətlərinin əlində oyuncağa çevrilmişdir. Bu qurumların ermənipərəst mövqeyi bəllidir. Təşkilatların məhz islamofobiya xəstəliyinə tutulmaları öz öhdələrinə düşən məsələlərə ciddi yanaşmamaları acı həqiqətdir. Azərbaycan hələ ərazi bütövlüyünü bərpa etmədən öncə, xüsusilə "Freedom House"un Qarabağı dövlətimizdən ayrı bir hissə kimi qələmə verməsi təşkilatın məkrli siyasətinin göstəricisidir. Qeyd edək ki, həmin dövrdə əksər dövlətlər mötəbər təşkilatlar respublikamızın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmışlar

Bu il martın 10-da "Freedom House" qeyri-hökumət təşkilatının "Dünyada Azadlıq - 2023" illik hesabatında ölkəmizlə bağlı növbəti reallığı əks etdirməyən bir sıra iddialar yer almışdır. Sənəddəki ən gülünc iddialardan biri isə Azərbaycanın Cənubi Sudan, Türkmənistan, Suriya, Tacikistan, Əfqanıstan Belarus, Çin, Myanma, Yəmən kimi ölkələrlə birgə qeyri-azad dövlətlər siyahısına daxil edilməsidir. Hesabatın belə tərtib olunması "Freedom House" təşkilatının Azərbaycana qarşı yönəlmiş xain xislətindən qaynaqlanır. Hətta, sənəddə Azərbaycan Qazaxıstan parlamentlərinin guya media orqanları jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq etdiyi yer almışdı. Xatırladaq ki, ölkəmizdə media sahəsində olan məhdudiyyətlər ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust Fərmanı ilə ləğv edilmişdir. Hazırda media sahəsində heç bir senzuradan söz gedə bilməz. Mövcud məhdudiyyətlər isə bütün beynəlxalq media qanunları ilə üst-üstə düşərək ölkəmizin ərazi bütövlüyünün qorunması, dövlət sirlərinin mühafizəsi istiqamətindədir. Bununla, "Freedom House" bir daha beynəlxalq aləmdəki qanunlardan xəbərdar olmadığını təsdiqləyir. Ölkəmizdə demokratiya, insan haqları, azad mətbuat yüksək səviyyədə inkişaf etmişdir. Qanun çərçivəsində hər bir şəxs Azərbaycanda yaşayıb, təhsil alıb müəyyən peşəyə yiyələnə bilər. Şübhəsiz, bu cür xəstə təfəkkürlü təşkilatların xoşagəlməz iddiaları dövlətimizin demokratiya uğrunda apardığı işlərə mane olacaq gücdə deyil. Əksinə, belə iddialar həmin qurumların ermənipərəst siyasətini, üzünü, daxili maraq məramlarını ortaya qoyur.

Qeyri-hökumət təşkilatının hesabatında diqqətçəkən digər bir məqam isə Azərbaycanın guya Ermənistana hücum edərək onun ərazilərini işğal etməsidir. Maraqlıdır, söhbət hansı ərazidən gedir? Bu təşkilatların beynəlxalq hüquqdan, tarixdən xəbəri yoxdur? Təcavüzkar Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxladığı müddətdə niyə bu qurumların heç biri öz etirazını bildirmədi, Ermənistanın ərazi bütövlüyümüzə qarşı yaratdığı təhdiddən söz açmadı? Əslində, bu kimi təşkilatların idarəçiliyində erməni əsilli şəxslərin olması məsələni o qədər təəccüblü etmir. Bu baxımdan hesabatı tərtib edənlərin Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələləri ölkəmizin sülh müqaviləsi imzalanması ilə bağlı təşəbbüsləri gözardı etdiyi bir daha bəlli olmuşdur. Vəziyyət isə hər kəsə məlumdur. Dövlətimizin düşmən ölkəyə dəfələrlə sərhədlərin delimitasiya demarkasiya edilməsi ilə bağlı təkliflər göndərməsinə baxmayaraq, qarşı tərəfdən heç bir təşəbbüs irəli sürülməmişdir. Azərbaycanın nüfuzu da, daim beynəlxalq hüquq çərçivəsində yürütdüyü siyasət bütün dünyaya məlumdur. Odur ki, erməni sevdalı qurumlar çaldığını çalsın... Dünyada haqq var, ədalət var

Nəzrin ELDARQIZI,

"Respublika".