FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini Azərbaycana qayıdıb
Digər xəbərlər

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini Azərbaycana qayıdıb

Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 17-də Azərbaycana qayıdıb.

Xatırladaq ki, qüvvələrin şəxsi heyəti dünən iki qrupda qardaş ölkədən təyyarə ilə geri qayıdıb. Texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

AZƏRTAC