İyunun 18-də Azərbaycanda COVID-19 əleyhinə 1 min 522 doza vaksin vurulub
Səhiyyə

İyunun 18-də Azərbaycanda COVID-19 əleyhinə 1 min 522 doza vaksin vurulub

İyunun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 min 522 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 189, ikinci doza vaksinlərin sayı - 256, üç və daha çox doza vaksinlərin sayı - 934, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 143-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 752 min 122, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 352 min 65, ikinci mərhələ üzrə 4 milyon 852 min 83, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 299 min 954, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 248 min 20-dir.

AZƏRTAC