İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 1917 doza vaksin vurulub
Səhiyyə

İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 1917 doza vaksin vurulub

İyunun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1917 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 199, üç və daha çox doza vaksinlərin sayı 1255, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 137-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 730 min 206, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 348 min 845, ikinci mərhələ üzrə 4 milyon 849 min 599, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 285 min 415, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 246 min 347-dür.

AZƏRTAC