Sosial həyat

"Könüllü DOST" proqramına daha 635 nəfər cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin "Könüllü DOST" proqramı "Gənc DOST", "Gümüşü DOST", "Korporativ DOST", "İnklüziv DOST" və "Distant DOST" altproqramlarını əhatə edir.

 Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, mərkəzlərdə vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi, onlara e-sistemlərdən istifadədə, anket, forma doldurulmasında kömək göstərilməsi və s. işləri yerinə yetirirlər.

 Ümumilikdə DOST Agentliyi və ilk DOST mərkəzinin açıldığı 2019-cu ilin may ayından bəri "Könüllü DOST" proqramına müraciət sayı 68 minə yaxın olub, proqramda iştirak edənlərin sayı isə 2400-ü ötüb.

"Respublika".