Məhkəmə-hüquq sistemində mütərəqqi islahatların müəllifi
Siyasət

Məhkəmə-hüquq sistemində mütərəqqi islahatların müəllifi

Milli lider amili hər bir xalqın dünya arenasında layiqli yer tutması, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsində həlledici rol oynayır. Bu il anadan olmasının 100- ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz fenomenal tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev xalqımız üçün belə böyük liderlərdən biri olaraq son 50 illik tariximizə əbədi möhürünü vurub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamı da ümummilli liderin xalqımız qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamda vurğulanır: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol bu gün müstəqil Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilmişdir. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, milli dövlətçiliyin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirmiş, müstəqilliyimizin dönməzliyini təmin etmiş, xalqın dövlətin söykənəcəyi təməl prinsiplərini irs olaraq formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyevin 1993- ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratmağa imkan vermişdir. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtulmuşdur. 1994- ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etmiş, siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik-hüquqi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır.

Ümummilli lider Heydər Əliyev qanunçuluğu hər zaman uca tutan şəxsiyyət kimi ölkədə hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu prosesinə hər zaman xüsusi həssaslıqla yanaşırdı. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik quruluşun hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə müxtəlif komissiyalar yaradılmışdır.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamızın insan hüquq azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşulması təmin olunmuşdur. 1993- ildən ölüm cəzasının icrasına moratorium qoyulmuş, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü ləğv edilərək əfv amnistiya institutlarının geniş tətbiqinə başlanılmışdır.

Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Bu sistem hər kəsin hüquq azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bütün bunlar da öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə prosessual baxımdan düzgün obyektiv həll edilməsinə zəmin yaradır.

Respublikamızın postsovet məkanında həbsin seçilməsi səlahiyyətini məhkəməyə verilməsini təmin edən, bununla da hüquq təcrübəsindəki "Habeas Corpus" prinsipini reallaşdıran ilk dövlətlərdən biri olduğunu da xüsusi vurğulamaq lazımdır. Bu islahatın məqsədi insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlərin cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilməsinə imkan yaratmaq, həbsə məruz qalan şəxsin hüquqlarının real müdafiəsi, eyni zamanda həmin sahədə cinayət təqibi orqanının fəaliyyətinə məhkəmə nəzarətini təmin etmək idi.

Aparılan islahatlar çərçivəsində məhkəmələr üzərində nəzarətin ləğv olunması, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmənin funksiya səlahiyyətlərinə yenidən baxılmış, onun ümumi ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrilməsi təmin edilmişdir. Beləliklə, Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olunmuşdur.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə hakimlər şəffaf prosedurlar əsasında, test üsulu imtahanla seçildi, nəticədə hakim korpusunun 60 faizi təzələndi. Ümummilli lider Heydər Əliyev həmin il Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda çıxışı zamanı ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını belə qiymətləndirmişdi: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər kim qalib gəldi, o da hakim təyin olundu".

Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə ölkə həyatının bütün sahələrində çevik işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etdi. Hüquqa ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. 2002-ci il avqustun 24- keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə dəyişiklikləri bu baxımdan xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə dəyişikliklərin bir hissəsi məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı idi. Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək etibarlı davamçını yetişdirməsindədir. Ədalət mühakiməsinin səmərəsinin məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilir. Ölkədə 2004- ildən geniş vüsət almış islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək ədalət mühakiməsinin səmərəliliyini artırmaqdır. Bu istiqamətdə mühüm addımlardan biri 2004- ildə Məhkəmə-Hüquq Şurası qanunun qəbulu həmin qanun əsasında 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur.

Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ötən dövr ərzində məhkəmə sistemində köklü dəyişikliklərə səbəb olan islahatların aparılmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi digər məsələlər Şuranın xüsusi diqqət mərkəzində olmuşdur.

Azərbaycanda sürətli iqtisadi inkişaf məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsi nəticəsində məhkəmələrə müraciətlərin sayının dəfələrlə çoxalması hakimlərin yükünün xeyli artmasına gətirib çıxarmışdı. Bununla əlaqədar, ölkə başçısının müvafiq fərmanları ilə hakim ştatlarının sayı son 10 ildə 3 dəfədən çox artırılaraq 800-ə çatdırılmışdır. Hakimlərin işinin asanlaşdırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə aparatı işçilərinin sayının 75 faizdən çox artırılması, hər bir hakimə ayrıca köməkçi ştatının ayrılması da mühüm addımlardan biri olmuşdur.

Ümumiyyətlə, son illər çoxsaylı namizədlər arasından hazırlıqlı hüquqşünasları seçilərək hakim vəzifələrinə təyin olunması nəticəsində ölkə üzrə hakim korpusunun 80 faizi yenilənmişdir. Hakimlərin müstəqilliyinin artırılması da həyata keçirilən islahatların ana xəttini təşkil edir. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan məhkəmə islahatları nəticəsində artıq hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, bu da onların müstəqilliyini daha da möhkəmləndirmişdir.

Son illər hakimlərin sayının artırılması həm yeni məhkəmələrin yaradılması fəaliyyətə başlaması ilə bağlıdır. Əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması ölkə regionlarının inkişafı məqsədilə son illərdə 20-dən çox yeni məhkəmə yaradılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir.

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Həmin fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik təcrübəsi olan hakimlər tərəfindən çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə yeni regional kommersiya inzibati məhkəmələr yaradılmış 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Bundan əlavə, Ali Məhkəmənin apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyalarının yaradılması ədalət mühakiməsinin səmərəliliyini artırmışdır.

Məhkəmə-hüquq islahatları sahəsində mühüm addımlardan biri "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu olmuşdur. 2019-cu il martın 29-da bununla bağlı müvafiq qanun ölkə Prezidenti tərəfindən imzalanmış, qanunda mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili məsələləri əksini tapmışdır. Bu, şəxsiyyətin hüquq qanuni mənafelərinin müdafiəsinin ənənəvi vasitələrilə yanaşı, yeni modellərin müəyyən edilməsi hüququ pozulmuş şəxslərə şəffaf münasibətlər şəraitində alternativ müdafiə vasitələri seçmək imkanlarının yaradılmasına xidmət edir. 2020-ci il iyulun 1-dən sonra iqtisadi mübahisələr, həmçinin ailə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator ya mediasiya təşkilatı aparır.

Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Məhkəmə-Hüquq Şurasının təşkilati-hüquqi səyləri ilə davam etdirilən mütərəqqi islahatlar nəticəsində Azərbaycanda məhkəmə orqanlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək obyektiv mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

Əzizağa MƏMMƏDOV,

Bakı Apellyasiya Məhkəməsinin Aparat rəhbəri.