Nazir Zakir Həsənov: Əsas məqsədimiz Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin modelində Silahlı Qüvvələr yaratmaqdır
MÜSAHİBƏLƏR

Nazir Zakir Həsənov: Əsas məqsədimiz Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin modelində Silahlı Qüvvələr yaratmaqdır

Biz daim görüşüb iki dövləti maraqlandıran hərbi məsələləri müzakirə edirik. İlk növbədə, regiondakı hərbi-siyasi, eləcə də ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda islahatların aparıldığını diqqətə çatdıran nazir deyib ki, bu islahatların əsas məqsədi Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin modelində Silahlı Qüvvələr yaratmaqdır. Bu istiqamətdə xeyli iş görülüb. Bunun davamı olan planlarımızı müzakirə etdik.

AZƏRTAC