Noyabrın 18-də Azərbaycanda COVID-19 əleyhinə 349 vaksin vurulub
Səhiyyə

Noyabrın 18-də Azərbaycanda COVID-19 əleyhinə 349 vaksin vurulub

Noyabrın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 349 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 105, ikinci doza vaksinlərin sayı 68, üç və daha çox doza vaksinlərin sayı 140, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 36-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 917 min 878, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 665, ikinci mərhələ üzrə 4 milyon 872 min 987, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 389 min 668, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 558-dir.

AZƏRTAC