Rusiyadakı Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvü Əfqan Sultanov və Voloqda Kafedral Məscidinin imamı Aqil-həzrət Abışovdan
Məktublar

Rusiyadakı Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvü Əfqan Sultanov və Voloqda Kafedral Məscidinin imamı Aqil-həzrət Abışovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın Voloqda vilayətinin müsəlman icması Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvləri və Voloqda vilayəti Azərbaycan icmasının liderlərinin adından Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

Azərbaycanın iqtisadi potensialının artırılmasına, ölkədə sosial sabitliyin möhkəmlənməsinə verdiyiniz şəksiz töhfəni, qonşularla əlaqələrin möhkəmlənməsinə və Qarabağda sülhün bərqərar olmasına yönəlmiş müdrik xarici siyasətinizi yüksək qiymətləndiririk.

Rusiyanın şimalının, Voloqda diyarının çoxsaylı Azərbaycan icması - həkimlər, müəllimlər, sahibkarlar öz tarixi vətənləri - günəşli və qonaqpərvər Azərbaycanın firavanlaşmasını səmimi-qəlbdən arzu edirlər. İnşallah, Azərbaycan Sizin rəhbərliyinizlə dünyada əmin-amanlıq adasına çevriləcək.

Sizə və ailənizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, sağlam və uzun ömür, Uca Tanrının mərhəmətini diləyirik.

İcma adından dərin hörmətlə,

 Əfqan Sultanov

Rusiyadakı Voloqda Kafedral Məscidinin Ağsaqqallar Şurasının üzvü,

Aqil-həzrət Abışov

Voloqda Kafedral Məscidinin imamı