“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”da dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”da dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/31 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın 1.4-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov