Son sutkada Azərbaycanda COVID-19-a 420 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19-a 420 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 420 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 804 min 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 min 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər vəfat edib. Aktiv xəstə sayı 3156 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3303, bu günə qədər isə ümumilikdə 7 milyon 91 min 597 test icra olunub.

AZƏRTAC