Ulu Öndərin tarixi Ki-Uest bəyanatı
Siyasət

Ulu Öndərin tarixi Ki-Uest bəyanatı

2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyilə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa Rusiyadan olan həmsədrlərinin (Keri Kavano, Jan Jak Qayyard Vyaçeslav Trubnikov) iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistan prezidenti Robert Köçəryanın birgə görüşü olub. Tam yeni formatda aparılan danışıqlar öncəsi Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı yaydığı rəsmi sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu.

Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara işgüzar səfəri ümumilikdə 14 gün (1-14 aprel) davam edib. Bu səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün danışıqlar keçirilib. Harri Trumen adına "Kiçik ev" aprelin 3-, səhər saatlarında başlayan görüşdə çıxış edən Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan Ermənistan prezidentlərinin birgə keçirdikləri bu ilk görüşün əlamətdar olduğunu vurğulayıb, münaqişə barədə ətraflı məlumat verib, onun tənzimlənməsinə mane olan səbəbləri göstərib, Dağlıq Qarabağ həqiqətlərini çatdırıb, həll yollarına dair öz mülahizələrini söyləyib.

Ulu öndərin həmin bəyanatından: Beynəlxalq hüququn prinsip normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT- daxil olan hər bir müstəqil dövlət ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfdən xüsusən bu münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT onun Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərməlidirlər. Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Beynəlxalq birlik beynəlxalq hüququn norma prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma prinsipləri şübhə altına alınır bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik təhlükəsizlik isə möhkəm əbədi ola bilməz.

 Prezident Heydər Əliyev Azərbaycan torpaqlarının hələ təcavüz altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini söyləyib. Minsk qrupunun münaqişənin tənzimləməsinə dair verdiyi üç təklifin hər birinin Azərbaycanın mənafeyinə zidd olsa da, təkliflərdən birinin Azərbaycan, digər ikisinin isə Ermənistan tərəfindən qəbul olunmadığını qeyd edib. Azərbaycan tərəfindən qəbul olunmayan "ümumi dövlət" təklifinin beynəlxalq hüququn prinsip normalarına zidd olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirdiyini bildirib.

Azərbaycan Prezidenti bəyanatında deyib: Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994- ilin mayında əldə olunmuş atəşkəs rejiminə əməl edilməsinə sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər göstərəcəyik. Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıram. Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə vətəndaşının çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh əldə edilməsində hamıdan çox maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm sabitlik üçün, həm təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır. Biz bu görüşə böyük ümidlərlə gəlmişik ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe tutacağını gözləyirik.

Ki-Uest görüşü Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış pat vəziyyətinin onun ağır nəticələrinin aradan qaldırılması üçün unikal fürsət idi. Vaxtilə bu danışıqların on illiyinə münasibət bildirən Amerikanın keçmiş Minsk qrupundakı həmsədri Kerri Kavano demişdi ki, Ki-Uest Qarabağ münaqişəsinin həllində yeni mərhələ idi. Minsk qrupu həmsədrləri anlayırdılar ki, irəliləyişin əldə olunmasının yeganə yolu ümumi məqsəd naminə birgə çalışmaqdır. Lakin bu məqsəd heç Vaşinqton ya Moskva tərəfindən hazırlanan razılaşmanın tərəflərə qəbul etdirilməsini nəzərdə tutmur. Problemin həlli tərəflərdən asılıdır onların əldə edəcəyi razılıq həmsədr ölkələr tərəfindən tam dəstəklənməlidir. Diplomatın sözlərinə görə, 1999-2001-ci illərdə hər üç həmsədr ölkənin rəhbərliyi bu prosesə böyük şəkildə cəlb edilmişdi. Hətta Qarabağ məsələsi Corc Buşun ilk dəfə prezident seçildiyi vaxtdan bir neçə həftə sonra Putin Jak Şirakın ona zəng etmələri zamanı da müzakirə olunub. 2001-ci ilin aprelində danışıqlar başa çatdıqdan sonra Buş Heydər Əliyev Köçəryanla ayrı-ayrılıqda Ki-Uest danışıqlarının nəticələrini müzakirə edib. Azərbaycan Ermənistan prezidentləri Heydər Əliyev Robert Köçəryan arasında keçirilən bu görüş Qarabağ nizamlanması tarixində ən uzun danışıqlar raundu olub. Dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına işgüzar səfərdən Bakıya qayıdarkən Binə beynəlxalq hava limanında jurnalistlərə görüşün yekunları barədə verdiyi müsahibəsində ümumən bildirib ki, hər səfər, hər görüş, təbiidir ki, əhəmiyyətlidirbu barədə çox danışmaq olar. Ancaq qısaca onu deyə bilərəm ki, hər şey yaxşıdır. Səfər çox vacib bir səfər idi. Səfər zamanı çox görə bilmişik bundan çox məmnunam. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün qədər ağır çətin olması məlumdur. Mən bunların hamısını orada verdiyim bəyanatda bildirmişəm

Beləliklə, bir çoxlarının sülh razılaşması üçün ən real fürsət olduğunu düşündüyü, danışıqlar prosesində yeni mərhələ kimi səciyyələndirdiyi Ki-Uest danışıqları məhz Ermənistan rəhbərliyinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi üzündən nəticəsiz qaldı. Bu görüşdən sonra ümumən proses tezləşsə , münaqişə 2020-ci ilədək həllini tapmadı. Belə ki, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmaması destruktiv mövqe tutan Ermənistana sonrakı dövrdə təzyiq göstərilməməsi 44 günlük Vətən müharibəsinə gətirib çıxardı Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etdi.

Mustafa KAMAL,

"Respublika".