XALQIMIZA VƏ  DÖVLƏTÇİLİYİMİZƏ ƏSLSƏDAQƏT VƏ VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ
Digər xəbərlər

XALQIMIZA VƏ  DÖVLƏTÇİLİYİMİZƏ ƏSLSƏDAQƏT VƏ VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ

Bu gün Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 104- ildönümü qeyd olunur

Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamı ilə 28 mart Azərbaycanda Milli Təhlükəsizlik Orqanları Günü elan edilmişdir. Artıq 26 ildir ki, Azərbaycanın təhlükəsizlik işçiləri martın 28- peşə bayramlarını qeyd edirlər.

Milli təhlükəsizlik orqanlarının tarixi 1919-cu il martın 28- Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Baş Qərargahın Baş İdarəsi yanında kəşfiyyat əks-kəşfiyyat şöbəsinin yaradılması ilə başlayıb.

İlk şöbə müdiri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya adlanır bir müddət Xalq Daxili İşlər Komissarlığının tərkibində fəaliyyət göstərir, sonra Dövlət Təhlükəsizlik Komitəsi yaradılıb.

Sovet dövründə Azərbaycanda dövlət təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr əsasən mövcud sistemi qorumaq sovet ideologiyasına zidd olan fikirlərin yayılmasının qarşısını almaqdan ibarət idi.

Uzun müddət milli kadrlara təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutmaq imkanı verilmirdi. Yalnız Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışdıqdan sonra yerli milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eləcə milli ruhda tərbiyə edilməsi mümkün oldu.

1967-ci ildə ümummilli lider Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı.

Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider bu illər ərzində Azərbaycanın milli təhlükəsizlik sistemində əsaslı, fundamental dəyişikliklərin baş verməsinə nail olub. Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasət müstəqil Azərbaycanda sabitliyin təmin olunmasında müstəsna rol oynamışdır.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinə nail olunması məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni səviyyəyə yüksəlmişdir.

Təhlükəsizlik məsələsinə hər zaman kompleks sistemli yanaşma nümayiş etdirən dövlət başçısı İlham Əliyev bu sahədə struktur islahatlarının aparılması məsələsini diqqət mərkəzində saxlayır.

Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti Xarici Kəşfiyyat Xidməti yaradılıb. Burada, ilk növbədə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların yeni dövrün tələblərinə uyğunlaşdırılması dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi kimi mühüm hədəflər nəzərdə tutulurdu.

Bu islahatlar antiterror koalisiyasının fəal üzvü olan Azərbaycanda sabitliyin daha da etibarlı şəkildə təmin edilməsinə, terrorizmə qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə geniş imkanlar yaratmışdır.

Məhz buna görə son illər terror fəaliyyəti ilə məşğul olan onlarla silahlı birləşmə zərərsizləşdirilib, bu birləşmələrin üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

Həmin dövrdə transmilli cinayətkarlığa qarşı mübarizədə mühüm irəliləyişlər əldə edilmişdir. Son illər Azərbaycan ərazisindən tranzit keçməyə cəhd edilərkən tonlarla narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb bir sıra uğurlu kibertəhlükəsizlik əməliyyatları həyata keçirilib.

Azərbaycanda təhlükəsizlik orqanlarına göstərilən böyük diqqət qayğı onu göstərir ki, təhlükəsizlik mühitinin formalaşdırılması, ölkəmizin suverenliyi ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Artıq ikinci ildir ki, respublikamızın təhlükəsizlik orqanları öz peşə bayramlarını Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər ab-havasında qeyd edirlər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbənin endirilməsi Qələbənin qazanılmasında, işğaldan azad edilmiş ərazilərin etibarlı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının müstəsna rolu olub.

Müharibə başa çatdıqdan sonra isə milli təhlükəsizlik orqanları işğaldan azad edilmiş ərazilərdə öz rəsmi fəaliyyətlərini uğurla davam etdirirlər.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 29 oktyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, qısa müddət ərzində Cəbrayıl, Zəngilan, Füzuli Qubadlı rayonlarında, eləcə Xocavənd rayonunun Hadrut qəsəbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarələri fəaliyyət göstərməyə başladı.

2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon şöbəsinin yeni inzibati binasının təntənəli açılışı, Dövlət Təhlükəsizliyi Xidmətinin Cıdır düzündəki Mədəniyyət Mərkəzi tərəfindən ilk dəfə olaraq möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz anlar yaşatdı.

Xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi ki, dövlət təhlükəsizlik ya kəşfiyyat orqanı o zaman qalib gəlir ki, onun peşəkar kadrı, üslubu olsun.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 mart tarixli sərəncamının adında mətnində "milli təhlükəsizlik" sözləri "dövlət təhlükəsizliyi xarici kəşfiyyat" sözləri ilə əvəz edilib. Bu gün öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycanın dövlət təhlükəsizliyi xarici kəşfiyyat orqanlarının əməkdaşları xalqımızı dövlətimizi düşmən qüvvələrin qəsd təxribatlarından qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat təxribat fəaliyyətinin qarşısının alınmasında yaxından iştirak edirlər. Onlar beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, eləcə dini ekstremizmə qarşı mübarizədə xalqımıza dövlətçiliyimizə əsl sədaqət vətənpərvərlik nümunəsi nümayiş etdirirlər.

Emin QASIMOV,

"Respublika".