XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına göz yummamağa çağırırıq
Digər xəbərlər

XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına göz yummamağa çağırırıq

Azərbaycan Xarici İşlər Nazirliyi Tərtərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat yayıb.

AZƏRTAC-a daxil olmuş məlumatda deyilir:

"28 aprel 2023- il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub.

Həlak olanların ailələrinə yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak olmuşdur.

Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı düzgün mina xəritələrini təqdim etməyən, üçtərəfli Bəyanatın 6- bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq".