Füzuli və Cəbrayıl rayonlarındakı mənzərə dəhşətlidir. Sanki burada heç zaman yaşayış olmayıb.
Bu fikirləri Yaponiyanın “Mainiti” qəzetinin müxbiri Maetani Hiroşi Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı AZƏRTAC-a müsahibəsində söyləyib.
Füzuli və Cəbrayıl rayonlarında hazırkı ab-havanın insanı vahiməyə saldığını bildirən yapon jurnalist qeyd edib: “Qarabağda müharibənin izlərini görmək mümkündür. Mən yolda gələrkən tikinti işlərinin də sürətlə getdiyinin şahidi oldum. İnanıram ki, tezliklə hər şey çox yaxşı olacaq və bu ərazilər inkişaf edəcək”.
AZƏRTAC