Sosial həyat

"YAŞAT" Fondu yaralanmış sərhədçiləri ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və DSX-nin Hərbi Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb və tezliklə sağalmaqlarını arzulayıb. Yaralanmış sərhədçilərin müraciətləri dinlənilib. Diqqətə çatdırılıb ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralananların təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.

Kamil İSMAYIL,

"Respublika".