Yeni kitab
Digər xəbərlər

Yeni kitab

Bu günlərdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlunun 30 yaşı tamam olub. Yubiley münasibətilə müasirlərinin qələmə aldığı “Göy üzündə göz açan adam” toplusunda şairin həyat və yaradıcılığı haqqında sənət adamlarının, həmkarlarının fikirləri yer alıb.

Əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abasquluzadə Emil Rasimoğlu poeziyasının fəlsəfi baxışlarından, poetik lövhələrindən özünəməxsus dəst-xəttindən bəhs edib.

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri Tural Turan və Fuad Cəfərli qələmə aldıqları məqalələrdə şairin yaradıclığını hərtərəfli təhlil edərək Emil Rasimoğlu yaradıcılığına fərqli poetik dünyasından söz açıblar.

Topluda 30 yaşlı şairin şeirlərinin mütəmadi olaraq ölkə hüdudlarından kənarda – Rusiya, İran, Özbəkistan mətbuatında dərc olunduğu, eyni zamanda Emil Rasimoğlunun 2019-cu ildə Prezident təqaüdünə və Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyü də qeyd olunub.

“Respublika”.