Bu, mənim Azərbaycana ilk səfərim deyil - 30 il əvvəl biz qədim Odlar diyarına qastrol səfərinə gəlmişdik. Lakin Şuşada ilk dəfədir oluruq. "Xarıbülbül" kimi mötəbər beynəlxalq folklor festivalında iştirak etmək bizim üçün böyük şərəfdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Özbəkistanın "Bahor" Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, baş xoreoqrafı, Özbəkistanın Əməkdar artisti Ziyoda Mədrəhimova deyib.
"Düzünü desəm, Şuşa şəhərində gördüyümüz dağıntılar ürəyimi ağrıtdı. Azərbaycan öz ata-baba torpaqlarını işğaldan azad edəndə çox sevindik", - deyə Z.Mədrəhimova əlavə edib.
AZƏRTAC