Bu fikirlər dağlar diyarı Lerikdə 44 günlük İkinci Qarabağ müharibəsində Vətən naminə canından keçib müqəddəs şəhidlik zirvəsinə ucalan Elqaş Barat oğlu Əliyevin anım günü rayon sakinləri, icra hakimiyyətinin başçısı Əkbər Abbasovla , eləcə də digər rəhbər şəxslərlə birgə şəhidin uyuduğu məzarını ziyarət edib üzərinə tər güllər qoydular. Çıxış edənlər onun Vətən sevgisindən, torpağa, yurduna əsl oğul məhəbbətindən ürəkdolusu danışdılar. Şəhid ailələrinin qayğı və problemləri ilə ətraflı tanışlıqdan sonra rayon rəhbəri vurğuladı ki, şəhid valideynlərinə, övladlarına hörmət göstərmək hər birimizin mənəvi borcudur, çünki 30 ilə yaxın torpaq həsrətinə məhz onların sayəsində son qoyulub. Qeyrətli oğulların qanı bahasına Azərbaycan Ordusu zəfər çaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Ömrünün 21-ci ilində bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən şəhid Elqaş Əliyev dağlar diyarının Bırkandul kəndində dünyaya gəlmişdi. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanan Elqaş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edib. İgid əsgər ürəyincə düşməndən qisas alıb şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Laçının azadlığına görə medalları ilə təltif olunan Elqaş bütün Azərbaycan xalqı üçün əzizdir.
Zəfər ORUCOĞLU.