Heydər Əliyev  və milli təhsilimiz
Siyasət

Heydər Əliyev  və milli təhsilimiz

(əvvəli 4 aprel tarixli sayımızda)

Kamil mənəviyyatlı, vətənpərvər milli xüsusiyyətli nəsil

Təhsilin orta məktəb pilləsində gənclərin tərbiyəsi sahəsində qarşıya qoyulan vəzifələr daha önəmli idi. Prezident Heydər Əliyev gənclərdə milli-mənəvi keyfiyyətlərin formalaşmasını, vətəndaşlıq tərbiyəsini ön plana çəkirdi. Gənclərin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyələnməsini, tariximizlə, mədəniyyətimizlə bağlı biliklərə yiyələnməsini zəruri hesab edirdi. Bu baxımdan da vahid konseptual sistemə əsaslanmaqla məzmunu taleyüklü ümumxalq məsələsi olan orta təhsildə tədris olunan fənlər yenidən müəyyənləşdirildi. Xarici dilli (ingilis, rus s.) məktəblərdə müvafiq dərslərin Azərbaycan tarixi, ədəbiyyatı mədəniyyətinə dair uyğun materiallar əsasında tədrisi məsələsi aktuallaşırdı. Azərbaycan dilinin inkişaf səviyyəsindən, zənginliyindən, tariximizin qədimliyindən həvəslə danışan Prezident Heydər Əliyev - belə yüksək dərəcədə təşəkkül tapmış dil xalqımızın ən böyük sərvətidir onu inkişaf etdirmək hər birimizin borcudur - deyirdi. Müstəqilliyin ilk illərində dilimizin inkişafı ilə bağlı yol verilmiş nöqsanları çox kəskin tənqid edirdi.

Milli təhsilin yaranmasında ana dilinin əvəzsiz rol oynadığını xüsusilə nəzərə alaraq Azərbaycan dilinin dövlət dili olaraq inkişafını ölkəmizdə mövcud olan fəaliyyət sahələrində, həmçinin ölkəmizdəki səfirlik, xarici nümayəndəlik şirkətlərdə işlənməsinin, mövqeyinin möhkəmlənməsi üçün xüsusi fərman imzalandı. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman dilimizlə yanaşı, təhsilin, tədrisin inkişafında yeni perspektivlər açdı. Dil tarixlə bağlı biliklərin tədrisini gənclərin vətənpərvərlik tərbiyəsində ən mühüm amil hesab edən ümummilli lider gənclərlə bağlı demişdir: "Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə məktəbdə gənclərimizi qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır".

Yeri gəlmişkən, milli ideologiyanın formalaşmasında dərsliklərin, tədris vəsaitlərinin, ana dilində bədii elmi ədəbiyyatların roluna xüsusi diqqət yetirən dövlət başçısı bu sahədəki nöqsanlarla barışmır, təminat məsələsinin qənaətbəxş olmamasını xüsusilə qeyd edirdi. Azərbaycanın tarixi müasir dövrü ilə bağlı məlumatların gənclərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində əhəmiyyətinin qədər mühüm olduğu da bəllidir. Buna görə 1999-2000-ci tədris ilinin başlanması ilə əlaqədar orta ümumtəhsil məktəblərində olan Prezident Heydər Əliyev xarici dilli məktəblərdə Azərbaycan tarixi dərslərinin olmamasını, azərbaycançılığın formalaşdırılması təbliği istiqamətində xüsusilə vacib tədbirlərin həyata keçirilməməsini Təhsil Nazirliyinin fəaliyyətində yolverilməz olduğunu qeyd etməklə ciddi iradlarını bildirmişdir.

Gəncləri kamil mənəviyyatlı, vətənpərvər milli xüsusiyyətləri özündə daşıyan yüksək əxlaq mənəvi keyfiyyətlərə malik nəsil kimi yetişdirmək missiyasına məsuliyyətlə yanaşan ulu öndər demişdir: "Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan münasibətilə istənilən səviyyədə fəxr edə bilməz".

Orta məktəb şagirdi ümumiyyətlə, həyata hazırlayırsa, ali məktəb tələbəni bir sahənin mütəxəssisi ya peşəkarı kimi yetişdirir. Eyni zamanda ali məktəb müəyyən ixtisas sahəsində ancaq bilik, məlumat, informasiya verməklə kifayətlənməməli, onların bir vətəndaş olaraq yetişməsi, siyasi hüquqi mədəniyyətlərinin formalaşması üçün fəaliyyət göstərməlidir. Həmin dövrdə mövcud olan ali məktəblər şəbəkəsi tədris olunan ixtisaslar sovet təhsil sistemindən qalma idi. Yuxarıda qeyd etdiyimiz kimi, yeni tələblərə cavab verən müasir ixtisaslar üzrə kadr hazırlığı üçün Təhsil Qanununun müddəalarından irəli gələn, təhsil konsepsiyasında müəyyənləşdirilən tələblərə uyğun olaraq milli ali təhsil sistemində köklü islahatlar aparılmalı, ciddi struktur dəyişiklikləri edilməli idi.

Milli təhsilin ali orta ixtisas təhsili mərhələsində ciddi dönüş yaratmaq üçün, ilk növbədə, yaradılacaq yeni təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkilindən daha vacib sağlam mənəvi iqlimin yaradılması idi. Çünki ali orta ixtisas məktəblərinin statusunun dəyişdirilməsi, yeni tipli məktəb, fakültə ixtisasların yaradılması özlüyündə hələ heç vəd etmirdi. Məktəbləri ümumi şəkildə desək, qeyri-sağlam mənəvi mühitdən qurtarmaq üçün sağlam rəqabət atmosferinin yaradılması zəruri idi. İlk mərhələ kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması təqdirəlayiq hal kimi qiymətləndirilməklə bu sahədəki işlər daha da təkmilləşdirildi. Obyektivliyin tam təmin edilməsi naminə texniki təminat gücləndirildi, səlahiyyətlər genişləndirildi. Ali məktəblərə qəbulun tam test sisteminə keçirilməsi, qabiliyyət tələb edən peşə ixtisasların da bu sahəyə daxil edilməsi, bir sözlə, bütün təşəbbüslərin ölkə miqyasında vahid mərkəzdə cəmlənməsi üçün zəruri tədbirlər görülürdü.

Respublikamızın təhsil sistemində müəyyən ciddi dəyişikliklər edildi, özəl universitetlər, kolleclər, liseylər açıldı, ilk dəfə məhz özəl ali məktəblərdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanıldı. Ali təhsildə ikipilləli sistemə keçilməklə qabaqcıl universitetlərdə magistraturalar açıldı. Həyata keçirilən tədbirlərin sistemli xarakter almaqla davam etdirilməsinin, bu işdə qabaqcıl ölkələrin təcrübəsindən geniş istifadə olunmasının tərəfdarı olduğunu xüsusi vurğulayan ümummilli lider Heydər Əliyev təhsil işçilərinə konsepsiyanı hazırlayanlara xitabən demişdir: "Biz təhsil sahəsində yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun". Göründüyü kimi, təhsilin qədər həssas vacib bir sahə olduğunu aydın, dərindən hiss edən dövlət başçısı həyata keçirilən işlərin yaxın uzaq zamanda verəcəyi nəticələrin mütləq nəzərə alınmasını tövsiyə edirdi.

İqtisadi islahatlarla sosial sahədəki islahatlar məzmun forma baxımından bir-birindən kəskin fərqləndiyindən vahid metodikaya söykənmək ya standart prinsipləri əldə rəhbər tutmaq özünü doğrultmurdu. Əsas səbəb isə yeni sosial-iqtisadi sistemə keçiddə cəmiyyətin müxtəlif sahələri arasındakı münasibətlərin dəyişməsi ya mürəkkəbləşməsi idi.

 

Özəl təhsil sosial yönüm

O illərdə özəl təhsil müəssisələrinin açılması ilə yaranan vəziyyət, söylənilən haqlı haqsız iradların, problemlərin mənbəyi sövq-təbii olaraq mahiyyəti hələ tam mənasında bəlli olmayan məhz bu yeniliklərdə axtarılırdı. Çünki cəmiyyətimiz üçün yeni olan özəl təhsilin yaranması milli təhsil sistemimizin formalaşması yolunda atılan özü müəyyən mənada, nəticəsi isə tam anlamda qeyri-müəyyən olan addımlarla, sarsıntılarla, kataklizmlərlə, təbəddülatlarla bir zaman aralığına düşdü. O illərdə özəl təhsil bölməsi təhsil şəbəkəsinin 3-5 faizi həddində idi. Bütövlükdə təhsil sistemində əsas paya malik orta ümumtəhsil məktəbləri şəbəkəsində isə özəl təhsil müəssisələri demək olar ki, yox idi. Əslində ifrat Qərb ifrat Şərq təhsil sistemlərinin sintezindən ibarət olan sovet təhsil sisteminin metodlarından, təhsilə münasibətdən tam əl çəkilməmişdi. MDB ölkələrinin əksəriyyətində sovet təhsil ənənələri əsasən saxlanıldığından Qərb mövqelərinə uyğunlaşmaq formal xarakter daşıyırdı. Əsas hədəf ötəri islahatlarla kifayətlənməmək, məqsəd aydınlığı yaratmaq, təhsilin məzmununu real sosial-ictimai iqtisadi vəziyyətə, müasir tələblərə uyğunlaşdırmaqdan ibarət idi.

Bütün çıxışlarında cəmiyyətin təhsilsiz inkişaf edə bilmədiyini xüsusi vurğulayan ölkə rəhbəri təhsilin inkişafını dövlət siyasətinin öncül sahəsi hesab edirdi. İqtisadi islahatlar zamanı özəlləşdirməyə, azad rəqabətə, xüsusi mülkiyyətə geniş yer verilməsinin tərəfdarı olduğu halda, təhsil sahəsində islahatlara özəlləşdirməyə (özəl müəssisələrin açılmasına) ehtiyatlı, fərqli yöndə yanaşırdı. Özəl təhsil müəssisələrinin yaradılmasını, fəaliyyətini zamanın tələbi olduğunu qeyd etsə , dövlət özəl sektor arasında "qızıl nisbət"in optimal həddinin müəyyənləşdirilməsini tələb edirdi. Özəlləşdirmə prosesində sosial yönümə üstünlük verilməklə dövlət təhsil sektorunun saxlanılması inkişaf etdirilməsinin qədər önəmli olduğunu nəzərə almağın zəruriliyini qeyd edirdi: "Təhsil sistemində cürbəcür islahatlar aparılır, dəyişikliklər keçirilir. Bunlar təbiidir. Özəl təhsil sistemləri yaranır, bunlar da təbiidir".

Dövlət təhsilinin, yəni pulsuz təhsilin aztəminatlı ailələr üçün qədər həyati əhəmiyyətli olduğunu nəzərə alan Prezident Heydər Əliyev deyirdi: "...Təhsil dövlət tərəfindən maliyyələşdirilir, az miqdarda özəl təhsil ocaqları var, - bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasətimizin öncül sahəsi hesab edəcəyik". Bu fikirlərdən həm aydın olurdu ki, istedadlı uşaqların təhsilini sosial vəziyyətindən asılı olmayaraq təmin etmək dövlətin mühüm funksiyalarındandır. Bəllidir ki, milli intellektual potensialından səmərəli istifadə ictimai inkişafın təminatıdır. Yeri gəlmişkən qeyd edək ki, belə məsələlərdə bir çox qabaqcıl ölkələrdə tətbiq edilən dilemma da mövcuddur: Dövlət istedadlar içərisindən ancaq aztəminatlı olanların, aztəminatlı olanlar içərisindən isə ancaq istedadlı olanların təhsil xərclərini öz üzərinə götürür.

 

Müstəqil Azərbaycanın gələcək inkişafının daha sürətlə hərtərəfli olması, xalqımızı, cəmiyyətimizi narahat edən məsələlərin həlli gənc nəslin belə çətin mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlməyindən asılıdır. Bunların əsası isə təhsil ocaqlarında qoyulduğundan ümummilli lider Heydər Əliyev demişdir: "Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır".

 

O dövrlərdə təhsil sistemimizdə sovet ideoloji prinsiplərindən rəsmən uzaqlaşsaq da, təhsilə ənənəvi münasibət obyektiv səbəblər üzündən qalmaqda idi. Çünki ixtisaslı müəllim təşkilatçı kadrlar həmin ideoloji dövrün metodları ilə işləyirdilər. Bu da təbii idi. Təhsilin təşkili sahəsində müstəqilliyi təmin etmək inzibatçılıq, kortəbiilik inqilabçılıq yolu ilə deyil, elmi surətdə əsaslandırılmış proqram üzrə təkamül yolu ilə olmalı idi. Ölkəmiz üçün mövcud olan təhsil sistemində dünyəvi biliklərin, fundamental elmlərin əsasları mürəkkəb, mücərrəd proqramlar əsasında öyrədilirdi. Şagirdlərə tələbələrə ötürülən informasiyanın həcminə görə bəzən Qərb təhsil sistemini arxada qoymaqla onların dünyagörüşünü ideoloji çərçivələrlə məhdudlaşdırırdı. Digər tərəfdən, verilən elmi biliklər praktik tətbiqlə tamamlanmadığına görə əsas məqsəd qeyri-müəyyən olaraq qalırdı. Bəzən təhsilin əsas məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyət hazırlamaqdır deyərək "diplom xatirinə təhsil" ya "diplomlu kadrlar" fikrindən yayınılırdı.

Tələbat əsasında deyil, ideoloji meyarlar, milli xüsusiyyətlər regional inkişaf nəzərə alınmadan vahid qəlibdən çıxan standart prinsiplər əsasında formalaşmış sovet təhsil sistemi həqiqi mütəxəssis hazırlığı sahəsində ümumilikdə Qərb təhsilindən geri qalırdı.

 

Ali məktəblər muxtariyyət statusu

Ötən əsrin 90- illərinin əvvəllərində Azərbaycanda da fəaliyyət göstərən ali təhsil ocaqlarındakı təhsilin xüsusiyyətləri ixtisaslar sovet dövrünün demək olar ki, təkrarı idi. Bu məqsədlə təhsil konsepsiyasından irəli gələn yeni tələblər sayəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri ali məktəblərə real imkanlar daxilində müxtəlif statusların verilməsi idi. Statusun verilməsində əsas məqamlardan biri "diplom xatirinə təhsil" ya "diplomlu kadrlar" təhsilinə, ali məktəblərə beşillik plan əsasında qəbullara son verməklə ölkənin ehtiyaclarından irəli gələn prinsiplərə söykənmək idi. Daha dəqiq ifadə etsək, yeni iqtisadi münasibətlər dövründə kadrlara ehtiyac bazar iqtisadiyyatının tələb-təklif prinsipləri əsasında tənzimlənsin. Məhz bu məqsədlə 4 ali məktəbə (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Neft Akademiyası Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) muxtariyyət statusu verildi, status əsasında maliyyələşmədə, əmlaka münasibətdə sərbəstliklə yanaşı, məzunlara müxtəlif səviyyəli diplom vermək hüququ daha perspektivli görünürdü. Təhsil müəssisəsi diplom verdiyi məzunun sonrakı mütəxəssis fəaliyyətində üzə çıxan çatışmazlıqlar üçün məsuliyyət daşımaqla praktik həyatla ali məktəb arasında əks-əlaqə sistemi, yəni nəzəriyyə ilə təcrübənin vəhdəti sistemi yaradılmış olurdu.

Həmin illərdə Prezident Heydər Əliyev milli təhsil sisteminin qurulması işinə ehtiyatla yanaşmaqla çox böyük diqqət ayırırdı. İndiyə qədər yaranmış təməllər üzərində öz təhsil sistemimizin təkmilləşdirilməsi əsasdır. Bunun üçün bütün imkanların səfərbər edilməsini, dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadəni tövsiyə edirdi. Müəllim peşəsinə xüsusi önəm verən ulu öndər Azərbaycan müəllimlərinin qurultayında (25 sentyabr 1998-ci il) şəxsən iştirak etmiş, yuxarıda deyilən fikirlərin davamı olaraq dövlətin milli təhsilə münasibətini belə ifadə etmişdir: "Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin - orta texniki peşə, orta ixtisas məktəblərinin ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda qərarlarda öz əksini tapacaqdır".

 

Məzmun məqsəd uyğunluğu

Azərbaycanda qabaqcıl ölkələrin təhsil ənənələri nəzərə alınaraq öz müstəqil mövqeyini müəyyənləşdirməklə təhsilin təşkilati strukturunu onun məzmununa, məzmununu isə məqsədə uyğunlaşdırmaq məqsədilə ciddi tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın dövlət quruculuğu əzmlə həyata keçirildiyindən təhsil sahəsinin qarşısında duran vəzifələr nəzərə alınmaqla cəmiyyət dövlət quruculuğuna bir sistem halında yanaşılırdı. Təhsil sistemini cəmiyyətin real vəziyyəti ilə uyğunlaşdırmaq üçün zamanın tələbinə müvafiq islahatlar davam etdirilir, təhsil ocaqlarının müstəqilliyinin artırılması, yüksək təhsil şəraitinin, onun əlçatanlığının yaradılması üçün işlər davam etdirilirdi.

Təhsil sistemində, xüsusən ali məktəblərdə müasir texnologiyaları öyrədən yeni ixtisasların yaradılması ölkəmizdə bu texnologiyaya əsaslanan sənayenin inkişafına verəcəyi güclü təkan bəlli idi. Bu baxımdan intellektual potensialın vətənimiz üçün gərəkli olan problemlərə yönəldilməsi başlıca vəzifələrdən idi. Qarşıdakı hədəflərə nail olmağın təhsildən keçdiyini bütün çalarlarilə şərh edən ulu öndər: "Ümumi çətinliklər qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik" - deyirdi.

Müstəqil Azərbaycanın gələcək inkişafının daha sürətlə hərtərəfli olması, xalqımızı, cəmiyyətimizi narahat edən məsələlərin həlli gənc nəslin belə çətin mürəkkəb vəziflərin öhdəsindən layiqincə gəlməyindən asılıdır. Bunların əsası isə təhsil ocaqlarında qoyulduğundan ümummilli lider Heydər Əliyev demişdir: "Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır".

Son illər ölkəmizdə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr ümummilli liderin öz inam etimadında qədər haqlı, estafetin isə möhkəm etibarlı əllərdə olduğunu bir daha təsdiq etdi.

Hümbət MUSAYEV.