Mədət Quliyev BƏƏ-nin ölkəmizdəki səfirini qəbul edib
Siyasət

Mədət Quliyev BƏƏ-nin ölkəmizdəki səfirini qəbul edib

Müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Sənyesi Nazirliyi məlumat yayıb. 

Mədət Quliyev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edərək, MSN-in BƏƏ-nin şirkətləri ilə iş birliyinə hər zaman hazır olduğunu vurğulayıb.

Səmimi qəbula görə Mədət Quliyevə minnətdarlığını ifadə edən səfir, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.