AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Anadolu Agentliyi": Azərbaycan Gürcüstan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Türkiyənin "Anadolu Agentliyi" Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü barədə xəbər yayımlayıb.

Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Gürcüstanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirdiyi qeyd olunub:

"Əlbəttə, Gürcüstan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdir bu rol getdikcə artır. Təbii ki, aramızda olan dostluq münasibətləri bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir".

Ölkə başçımızın Azərbaycanın bu il dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcəyi ilə bağlı fikirləri məqalədə öz əksini tapıb.

Xəbərdə İrakli Qaribaşvilinin Azərbaycanın Gürcüstan ilə mühüm strateji tərəfdaş olduğunu vurğuladığı bildirilib: "Uzun illərdir ki, biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik bu layihələr xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdırıb".

 

"Euronews":  Fransız gəncləri Makrona qarşıdır

Məşhur "Euronews" televiziyasının xəbər saytı fransalı gənclərin Emmanuel Makrondan narazılığı barədə məqalə yayımlayıb. Məqalə Fransada gənclər arasında keçirilmiş sorğu nəticəsində hazırlanıb.

Yazıda Makronun pensiya islahatlarının gənclər tərəfindən kəskin tənqidlərə məruz qaldığı öz əksini tapıb. Həmçinin, Makronun ölkə gənclərini düşünmədiyi onun siyasətinin vəziyyəti daha da gərginləşdirdiyi, Fransa prezidentinin aldığı qərarlarda gənclərin rəyinin heç bir əhəmiyyət kəsb etmədiyi barədə fikirlər yer alıb. Əslində, Makronun pensiya islahatları onun gənclərlə yanaşı, yaşlı nəslin   fikrinə əhəmiyyət vermədiyini göstərir.

Xatırladaq ki, Fransada pensiya yaşının 64 yaşa qaldırılması ilə bağlı etirazlar uzun müddətdir davam edir. Təkcə Parisdə etirazçıların sayı 400 min nəfərə çatmışdır. Bundan başqa, həmkarlar ittifaqları aprelin 13- yeni tətil nümayişlər üçün xalqa çağırış edib.

 

 

"Xinhua": Asiya İnkişaf Bankının Azərbaycan proqnozu

Çinin rəsmi "Xinhua" xəbər agentliyi Asiya İnkişaf Bankının (AİB) bu il Azərbaycanda 3,5 faizədək iqtisadi artım müşahidə olunacağı xəbərini yayıb.

Verilən məlumata əsasən, ötən il neft yataqları infrastrukturunun bərpasından sonra neft gəlirləri 2024- ildə 3,8 faizə qədər yüksələcək. İqtisadi artımın səbəbləri arasında sərt monetar (pul-kredit) siyasət, qlobal əmtəə qiymətlərinin bank kreditlərinin azalması göstərilir. Bununla yanaşı, xəbərdə Azərbaycanda inflyasiyanın 2023- ildə 7,0 faiz, 2024- ildə 6,5 faiz olacağı bildirilir.

 

"BBC": İran hicabsız qadınları müəyyən etmək üçün kameralar quraşdırır

Böyük Britaniyanın məşhur xəbər saytı "BBC" İranda polisin hicab taxmayan qadınları müəyyən etmək məqsədilə ictimai yerlərə kameralar quraşdırması ilə bağlı məqalə yayımlayıbMəlumata görə, polis bildirib ki, saçlarını örtməyən qadınlar bununla bağlı xəbərdarlıq alacaqlar.

Bu, "hicab qanununa qarşı müqavimətin qarşısını almağa kömək edəcək", - deyə İran polisi bildirib.

Məqalədə İrandakı aksiyaların tarixçəsi yer alıb. Bildirilib ki, etirazlara keçən il hicab qaydasını pozduğu iddiası ilə həbs edilən gənc kürd qadın Məhsa Əmininin polis nəzarətində ölməsi səbəb olub.

Gənc qızın ölümündən sonra həbs olunma risklərinə baxmayaraq, xüsusən böyük şəhərlərdə baş örtüyünü atan qadınların sayı getdikcə artıb.

Məqalədə hicab taxmayan qadınlara qarşı ictimai hücumların az olmadığı da qeyd olunub.

 

"Hraparak": Nikol Paşinyan köhnə ənənələri bərpa edir

Ermənistanın "Hraparak" nəşri baş nazir Nikol Paşinyanın "Mülki Müqavilə" Partiyasının Təşəbbüs Qrupunun iclasını bərpa etmək qərarı barədə yazı dərc edib.

Məqalədə bildirilir ki, aprelin 7- parlamentdə keçmiş indiki deputatlardan tutmuş nazirlərə, müşavirlərə, merlərə qədər bütün məmurların iştirakı ilə Təşəbbüs Qrupunun iclası keçirilib. Qeyd olunub ki, müharibədən əvvəl hökumət ayda ən azı 1-2 dəfə Qrupun müntəzəm iclaslarını çağırıb burada partiyadaxili problemlərdən tutmuş xarici çağırışlara qədər müxtəlif məsələləri müzakirə etsə , müharibədən sonra bu ənənə pozulub. Postmüharibə dövründə cəmi 1-2 görüş keçirilib. İndi isə Paşinyan hökuməti köhnə ənənəni bərpa etmək qərarına gəlib.

Məqalədə o da vurğulanıb ki, bu addımla baş nazir özünün monarxiyalı sistem idarəçiliyini ört-basdır etməyə çalışır. Amma ermənilər ölkənin monarxiyalı sistemlə idarə olunduğunu anlayır qərarların bir nəfər tərəfindən verildiyini dərk edirlər.

"Respublika".