DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSVEÇİN BAŞ NAZİRİNDƏN TÜRKİYƏYƏ ÇAĞIRIŞ

İsveçin baş naziri Ulf Kristersson Finlandiyanın NATO üzvlüyünün Türkiyə tərəfindən təsdiqlənməsinə sevindiklərinilakin ölkəsinin alyansda olmadığı üçün üzüldüklərini bildirib. “Teleqraf.comun verdiyi xəbərə görə, baş nazir İsveçlə bağlı qərarın məhz Türkiyədən asılı olduğunu bir daha diqqətə çatdırıb.

Hazırda ölkə olaraq çox təhlükəli vəziyyətdə yaşayırıq, bunu anlamağın vaxtıdır. İndi tamamilə Türkiyədən asılıdır. Türkiyənin qərarına böyük hörmətlə yanaşıram”, - deyə Ulf Kristersson bəyan edib.

Baş nazir Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməməsini məsuliyyətsiz hərəkət kimi görmədiklərini diqqətə çatdırıb. “İyunun 1- qüvvəyə minəcək terror qanunu var, o zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq”, - deyə baş nazir əlavə edib.

Xatırladaq ki, İsveç Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.

 

SƏUDİYYƏNİN XİN BAŞÇISI BƏŞƏR ƏSƏDLƏ DANIŞIQLAR ÜÇÜN DƏMƏŞQƏ SƏFƏR EDİB

Səudiyyə Ərəbistanı xarici işlər naziri, şahzadə Feysal bin Farhan Al Saud Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. “Teleqraf.comun xəbərinə görə, bu, Səudiyyə Ərəbistanından son 12 ildə Suriyaya ilk xarici işlər naziri səviyyəsində gerçəkləşən səfər olub.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfərin Suriyadakı münaqişəyə siyasi həll yolunun tapılması məqsədilə edildiyi bildirilib.

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Feysal Mikdad ötən həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getmişdi. Suriyalı diplomat burada Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısında iştirak etmiş, həmçinin Misir, İordaniya İraqdan olan həmkarları ilə görüşmüşdü.

Danışıqlardan xəbərdar olan mənbələr Səudiyyə Ərəbistanı ilə Suriyanın diplomatik əlaqələrin bərpasına dair razılığa gəldiyini Bəşər Əsədin mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısına dəvət ediləcəyini vurğulayırlar.

 

UKRAYNA POLŞA ARASINDA TRANZİTLƏ BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB

Rəsmi Kiyev ötən həftənin sonunda dayandırılmış Ukraynanın ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına dair Varşava ilə razılığa gəlib. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko Varşavada Polşa hökumətinin nümayəndələri ilə danışıqlardan sonra açıqlamasında bildirib.

Danışıqlar nəticəsində qərara alınıb ki, bu il aprelin 21-dən aprelin 22- keçən gecə Ukraynanın kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bərpa edilsin”, - deyə Yuliya Sviridenko vurğulayıb.

Eyni zamanda, baş nazirin müavini əlavə edib ki, rəsmi Varşava Ukrayna məhsullarının Polşa ərazisindən daşınmasının texniki aspektləri barədə məlumat verəcək.

Xatırladaq ki, Polşa Macarıstan aprelin 16-da Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa tətbiq olunduğunu elan ediblər. Polşa həmçinin Ukrayna ərzaq məhsullarının öz ərazisindən üçüncü ölkələrə tranzitini dayandırdığını açıqlayıb.

 

ÜST SUDANDA XƏSTƏXANALARIN HƏDƏF ALINMASINI PİSLƏYİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmalar zamanı tibb mərkəzlərinin hədəf alınmasını pisləyib. “TRTtelekanalının xəbərinə görə, ÜST-dən verilən bəyanatda Sudandakı qarşıdurmaların mülki əhaliyə mənfi təsir etdiyi qeyd edilib.

Məlumata əsasən, ölkədə tibb mərkəzlərinə tibb işçilərinə edilən hücumların tənqid olunduğu bəyanatda azı 3 tibb işçisinin həyatını itirdiyi, 2-nin isə yaralandığı vurğulanıb.

Eyni zamanda, bəyanatda bildirilib ki, tibb mərkəzlərinə personalına edilən hücumlar, eləcə təcili tibbi yardım maşınlarının oğurlanması halları səhiyyə sisteminə mənfi təsir göstərir. Həmçinin baş verənlər  ölüm hallarının artmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Sudanda 9-u paytaxt Xartumda olmaqla 16 xəstəxana hücumlar səbəbindən tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, aprelin 15-i səhər saatlarında Xartum müxtəlif şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalarda 270 nəfərin həyatını itirdiyi, 2600-dən çox mülki vətəndaş əsgərin yaralandığı açıqlanıb.

 

ABŞ RUSİYA ÇİNLƏ SABİTLİYƏ DAİR DİALOQ APARMAQ NİYYƏTİNDƏDİR

ABŞ Rusiya Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib.

Məlumata əsasən, Cil Hrubi qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb.

Belə bir layihə, C.Hrubinin fikrincə, Rusiya Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək.

Qeyd edək ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bu ərəfədə bildirib ki, ABŞ-la strateji sabitliklə bağlı dialoq üçün heç bir ilkin şərt yoxdur.

 

PATRİOTSİSTEMLƏRİ UKRAYNAYA TƏHVİL VERİLİB

Ukraynanın müdafiə naziri Aleksey ReznikovPatriothava hücumundan müdafiə sistemlərinin artıq ölkəyə gətirildiyini təsdiqləyib. “Teleqraf.comun verdiyi xəbərə görə, nazir Almaniyanın çoxdan gözlənilən hava hücumundan müdafiə sistemini aprelin 18- Kiyevə təhvil verdiyini açıqlayıb.

Bununla yanaşı, Aleksey Reznikov qeyd edib ki, hələ 2021-ci ilin avqustunda baş nazirin müavini olarkən ABŞ-a səfər edib amerikalı tərəfdaşlarına UkraynanınPatriotlara ehtiyacının olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxt Ukraynanın azadlığı müstəqilliyi artıq təhlükə altında idi. Lakin bu sistemlərin təmin edilməsinin mümkünsüzlüyü ilə bağlı cavab alıb.

İndi qeyri-mümkün olan mümkün oldu. Bu gün bizim gözəl Ukrayna səmamız daha da güclü qorunur, çünkiPatriothava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib”, - deyə Reznikov vurğulayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat açıqlamasına görə, bu kompleks 150 kilometrə qədər məsafədə raketləri məhv etmək qabiliyyətinə malikdir: “Bu isə o deməkdir ki, Rusiya aviasiyası daha Ukraynanı raket zərbələri ilə dəhşətə sala bilməyəcək. İndi Ukrayna bu məsafədən düşmən hədəflərini məhv edə biləcək”.

 

ÇİNLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞDIRILMASI ŞƏRTİNİ AÇIQLAYIB

Rəsmi Pekin Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa müharibəni dayandırmağa inandırmaq üçün öz təsirindən istifadə etməsə, Avropa İttifaqı () Çinlə münasibətləri normallaşdıra bilməz”. “Reportagentliyinin məlumatına görə, bunu -nin xarici siyasət təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Ali nümayəndəyinin sözlərinə görə, -nin Çinə mesajı kifayət qədər aydındır: “Çin müharibənin dayanması üçün Rusiyaya təsir etməli imkanlarını ortaya qoymalıdır”.

Jozep Borrel bildirib ki, indiki halda neytrallıq Rusiyanın xeyrinədir: “Çünki Ukraynanın sərhədləri beynəlxalq hüquqla qorunur. Dünya dövlətləri bu sərhədləri tanıyır”.

Bununla yanaşı, nümayəndəsi həmçinin qeyd edib ki, dünyadakı mövqeyini nəzərə alsaq, Çinlə danışıqlar davam etdirilməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.