Meksikada miqrantları və yerliləri daşıyan avtobus qəzaya uğrayıb- ölənlər var
Dünya xəbərləri

Meksikada miqrantları və yerliləri daşıyan avtobus qəzaya uğrayıb- ölənlər var

Meksikanın mərkəzində Kuaknopalan-Oaxaca magistralında avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb, 36 nəfər yaralanıb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, yerli əhali və miqrantları daşıyan avtobus Oaxaka və Puebla ştatları arasındakı sərhədə yaxın şossedə qoşqulu yük maşını ilə toqquşub.

Yaralılar tibbi yardım üçün Puebla ştatındakı xəstəxanalara aparılıblar.

Töhfə SƏMƏDOVA,
"Respublika".