“Sən elə bir zirvəsən”
Region

“Sən elə bir zirvəsən”

Respublika Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin yekun konserti keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Qeyrət Şirəliyev, Azərbaycan Respublikasının xalq artistləri Tamella Eldarova, Əli Nurzadə, Azərbaycan Respublikasının əməkdar artistləri Təyyar Bayramov, Zenfira Həsənova, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, müavini Abbas Pənahov və digər qonaqlar iştirak etdilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən  peşə və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Sən elə bir zirvəsən” adlı  respublika ifa müsabiqəsinə ölkəmizin müxtəlif bölgələrindən 3000-ə yaxın tələbə qatılıb. “Sən elə bir zirvəsən” adlı  respublika ifa müsabiqəsində Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Gur” rəqs ansamblının müəllimi Rövşən Babayevin rəhbərliyi ilə Şirvan şəhər Peşə liseyinin tələbələri 3-cü yerə layiq görülüblər.

Tofiq HÜSEYN,

“Respublika”.