And yerimiz
Bölgələr

And yerimiz

Vətən  müharibəsi  şəhidi  Rahid Cəfərovun   vəfatının ildönümü  münasibətilə ailə üzvləri   ziyarət olunub, doğulduğu  Dələli  kəndində inşa edilmiş bulağın açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məcilisin deputatı  Elman  Nəsirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri  və   kənd sakinləri iştirak etdilər.

Mərasimdə icra başçısı Rafiq Cəlilov Qarabağ şəhidləri haqqında danışaraq,  onların  xatirəsinin hər zaman uca tutulacağını bildirərək  şəhidin  valideynlərinə   və  yaxınlarına  başsağlığı verdi.  Milli  Məclisin  deputatı   Elman  Nəsirov  və  mərasim iştirakçıları cəsur döyüşçünün  Vətən  müharibəsindəki qəhrəmanlıqlarından  danışdılar. Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov  Talışın və Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə  vuruşmuşdur. Rahid Cəfərov 5 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi  zamanı  qəhrəmancasına  şəhid  olmuşdur. Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərənsamıları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin edilməsi uğrunda döyüş əməliyyatlarında  iştirakına,  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət  nümayiş  etdirdiyinə  görə   Rahid Cəfərov ölümündən sonra  “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”  medalları ilə təltif edilib.              

   Ərəstun ABDULOV,

          “Respublika”.