Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

Vestnik Kavkaza: Türkiyə Azərbaycan liderləri İstanbuldaTEKNOFEST-

Rusiyanın "Vestnik Kavkaza" xəbər saytı Türkiyə Azərbaycan liderlərinin İstanbulda keçirilən TEKNOFEST- iştirak etməsi ilə bağlı məlumat yayıb. Prezident İlham Əliyevin nitqinə yer verilən xəbərdə İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olması, Türkiyə Azərbaycanın dost qardaş ölkələr olması vurğulanıb.

İki il əvvəl Şuşa Bəyannaməsi imzalanandan sonra Türkiyə ilə Azərbaycanın rəsmən müttəfiq olmaları ilə yanaşı, Türkiyənin böyük türk dünyasının birləşməsində çox mühüm rol oynadığı qeyd olunub.

 

Turkish News World: Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Türkiyənin "Turkish News World" xəbər saytı Prezident İlham Əliyevin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşü haqqında xəbər dərc edib. Yazıda qeyd edilib ki, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayim ilə görüşüb. Hər iki tərəf Azərbaycanda Formula 1 yarışının yüksək səviyyədə təşkilini xüsusi vurğulayaraq, uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Tərəflər Azərbaycanın idman yarışları kimi beynəlxalq tədbirlərə evsahibliyi etməsinin əhəmiyyətini beynəlxalq əməkdaşlığa töhfə verdiyini qeyd ediblər. Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın gələcəkdə genişlənəcəyinə əminlik ifadə olunub.

Keçirilən bu görüş ölkələr beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlığın vacibliyini bir daha göstərir. Azərbaycan əhəmiyyətli tədbirlərə evsahibliyi etməkdə davam etdikcə, beynəlxalq əməkdaşlığın təşviqində əsas oyunçu kimi rolunu gücləndirir.

Anadolu Agentliyi:

 

Türkiyənin elektron ticarət nəhəngi "Trendyol" Azərbaycan bazarına daxil olmağa hazırlaşır

"Anadolu Agentliyi" xəbər verir ki, ölkənin sənaye texnologiya naziri Türkiyənin elektron ticarət nəhəngi "Trendyol"un Azərbaycan bazarına girməyə hazırlaşdığını açıqlayıb.

Mustafa Varank İstanbulda keçirilən TEKNOFEST festivalı zamanı deyib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında ticarət həcmini artıracaq. 2010-cu ildə fəaliyyətə başlayan "Trendyol" onlayn bazarı "Pasha Holding" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə əsasında elektron ticarət fəaliyyəti üçün ortaq şirkət yaradılacaq. M.Varank Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət, iki dövlət" konsepsiyasına əsaslandığını qeyd edərək, ikitərəfli iqtisadi əlaqələrin son zamanlar fərqli müstəviyə keçdiyini bildirib: "Əvvəllər "Trendyol"un Berlin ofisinin açılışına getmişdim, indi "Trendyol"u Azərbaycanda görəcəyik".

Trendyol Qrupunun rəhbəri Çağlayan Çetin iki şirkətin ilk addımı olan yeni internet saytının mayın 3-dən etibarən fəaliyyətə başlayacağını bildirib, "infrastruktur işləri başa çatdıqdan sonra şirkət Azərbaycanda tam şəkildə fəaliyyətə başlayacaq", - deyə əlavə edib.

Ç.Çetin bildirib ki, ötən il "Trendyol"a xarici sifarişlərin əsas mənbəyi Azərbaycan olub. O, "App Annie" mobil məlumatların təhlili platformasına əsasən, "Trendyol"un 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olduğunu deyib.

 

"Habertürk": Azərbaycan Prezidenti İlham Əliyev TEKNOFEST- çıxış edib

Türkiyənin məşhur xəbər saytı "Habertürk" Prezident İlham Əliyevin TEKNOFEST-dəki çıxışı ilə bağlı məlumat yayımlayıb. Məlumatda iki ölkə liderinin onların xanımlarının festivalın keçirildiyi məkana İlham Əliyevin idarə etdiyi "TOGG" avtomobili ilə gəldikləri qeyd olunub.

Xəbərdə, həmçinin ölkə başçımızın TEKNOFEST-dəki çıxışı da yer alıb. Çıxışda deyilir: "Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə TEKNOFEST festivalı Bakıda keçirilmişdir əziz qardaşımla bərabər biz TEKNOFEST- iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə Azərbaycan hər zaman bir yerdədir. Türkiyə Azərbaycan dost, qardaş ölkələrdir". Prezident İlham Əliyev çıxışı zamanı, həmçinin Türkiyənin son 20 il ərzində böyük şərəfli yol keçdiyini vurğulayıb. Xəbərdə ölkə başçımızın Türkiyənin dünya çapında söz sahibinə çevrilməsi, bölgəmizdəki sülhün, sabitliyin, təhlükəsizliyin qarantı olması ilə bağlı səsləndirdiyi fikirlər öz əksini tapıb.

 

CNN: Türkiyə ilə Azərbaycan arasında yeni ticarət sazişi: "Biz dünyamıza əlavə yer veririk"

Türkiyənin yerli xəbər saytı CNN Türkiyə ilə Azərbaycan arasında imzalanan yeni ticarət sazişi ilə bağlı məlumat yayımlayıb.

Məqalədə iki ölkə arasında "Güzəştli Ticarət Sazişi"nin əhatə dairəsinin genişləndirilməsinə dair protokol imzalandığı qeyd olunub. Mərasimdə çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş bildirib ki, Güzəştli Ticarət Sazişində olan iki ölkə arasında bəzi kənd təsərrüfatı sənaye məhsullarının qarşılıqlı satış bazarları açılacaq. Beləliklə, iki ölkə arasında güzəştli ticarət çərçivəsində ticarət dövriyyəsinin həcmi artırılaraq 150 milyon dollara çatdırılacaq.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışarkən Mehmet Muş vurğulayıb: "İstər beynəlxalq arenada, istərsə ikitərəfli münasibətlərdə ortaq hədəflər istiqamətində birlikdə çalışırıq. Biz uzun müddətdir ki, bunun üçün zəmin hazırlamağa çalışırıq. Bu gün biz bu istiqamətdə daha bir addım atdıq".

 

"Sabah": "Azərbaycanda mina partlayışı nəticəsində 3 nəfər ölüb"

Türkiyənin "Sabah" nəşri aprelin 28- Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfərin ölməsi faktına görə cinayət işi başlanıldığını yazıb.

Xəbərdə bildirilib ki, həyatını itirənlər Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən Böyük Britaniyanın "RPS Energy Ltd." şirkətinin azərbaycanlı əməkdaşları 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov 1996- il təvəllüdlü Fərid Sədiyev olub.

Yazıda o da vurğulanıb ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirənlərin sayı 54-ə yüksəlib, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

"Respublika".