AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb
Digər xəbərlər

AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

Bu barədə "Respublika"ya AZAL-dan məlumat verilib.