I rübün sosial göstəriciləri
Sosial həyat

I rübün sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.

Onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 159 şəxsə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Bu dövrdə 448 imtiyazlı şəxs Agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.

“Respublika”.