Zəfər tarixini yazanlar
Sosial həyat

Zəfər tarixini yazanlar

Masallı Tarix-Diyarşünaslıq Muzeyində vaxtaşırı keçirilən tədbirlər öz maraq dairəsinə görə uzun müddət yaddaşlarda qalır. Masallı Dövlət Rəsm Qalereyası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sistemi Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı sayəsində "Heydər Əliyev İli" çərçivəsində "Zəfər tarixini yazanlar" mövzusunda muzeydə keçirilən tədbirdə mədəniyyət işçiləri, ziyalılar, müharibə veteranları gənclər iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva Zəfər tarixi, onun qəhrəmanları ilə əlaqədar keçirilən tədbirin məqsədindən danışıb. Sonra digər çıxışlar başlanıb. Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini Muzeyşünaslıq kafedrası müəllimi Sahibə Ələkbərova, Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Ağgül Mərdanova Qarabağı görməyən, lakin Qarabağ sevgisi ilə böyüyərək bizlərə qələbə sevincini yaşadan, otuz illik kədərimizə, həsrətimizə son qoyan igidlərə minnətdarlıqlarını bildirdilər.

Masallı Rayon Müharibə, Əmək Silahlı Qüvvələri Veteranları Şurası sədri Məmmədağa Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən Müharibəsi iştirakçıları Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov "Lələtəpədən Şuşaya qədər" şüarı altında Azərbaycanı dünyaya tanıdan igidlərin əziz adlarını daim uca tutmaq hər birimizə borc olduğunu söyləyib, xalqa şanlı Zəfəri bəxş edənlərin Vətənə məhəbbətinin arxalı dayağından, Ali Baş Komandanın "Mən sizinlə fəxr edirəm, sizə güvənirəm, siz mənə güvənə bilərsiniz" sözü ilə irəliyə atılaraq keçilməyən sıldırım qayaları aşanların əzmindən danışaraq hər bir igidimizin bizim üçün qürur mənbəyi olduğunu xüsusi qeyd ediblər.

Vətən müharibəsi iştirakçıları kapitan Azər İsmayılov, Ruslan İsmayılovun atası Əziz kişi Vətənin azadlığı uğrunda şücaət göstərən oğullarla qürur duyduğunu deyiblər. Qazilərdən Cavid Nuri, Qüdrət Əzizov, Talıb Qəzənfərli həmin günlərin xatirələrini dilə gətirib, lazım gələrsə yenə Vətənin yolunda qurban getməyə hazır olduğunu bildiriblər.

Tədbirdən sonra qonaqlar Mərkəzi Kitabxananı, Qəhrəmanlar Parkını, eyni zamanda Ağakişibəyli kəndinin şəhidi, Bakı Dövlət Universitetinin tələbəsi olmuş Nurlan Əbilovun məzarını ailəsini ziyarət ediblər.

 Z.ORUCOĞLU.