DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏ MAYIN 28- PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLƏCƏK

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bəyan edib. O bildirib ki, ikinci tur mayın 28- olacaq.

MSK sədrinin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri qeyd edib ki, “Cümhur İttifaqının namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51 faiz səs toplayıb.

Bununla yanaşı, Ahmet Yener vurğulayıb ki, “Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85 faiz, “ATA İttifaqının namizədi Sinan Oğan 5,17 faiz səs qazanıb. O, əlavə edib ki, seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44 faizi səs verib.

Eyni zamanda, MSK sədri Türkiyədə prezident seçkilərinin ikinci turunun ilk dəfə keçiriləcəyini diqqətə çatıdırıb. A.Yenar onu da qeyd edib ki, ikinci turda seçki bülletenlərində Ərdoğanın adı birinci, Kılıçdaroğlunun adı isə ikinci olacaq. Onun sözlərinə görə, artıq təbliğat kampaniyasına start verilib.

 

PAKİSTANDA İMRAN XANLA BAĞLI GƏRGİNLİK DAHA DA ARTIB

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarlarının davam edən etirazları hökuməti narahat etməyə başlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, Pakistan hökumətinin İmran Xanın partiyasını bağlamaq ona siyasi qadağa qoymağa hazırlaşması barədə iddialar var.

Pakistan daxili işlər naziri Rana Sanaullah ötən həftə İmran Xanın saxlanılması ilə başlayan etirazlardan sonra Ədalət Hərəkatı Partiyasını (ƏHP) qadağan etməkdən başqa çarə olmadığını dilə gətirib. Bundan sonra başlayan şiddətli etirazlara toxunan nazir partiyanın bağlanmasının ölkənin gələcəyi üçün düzgün qərar olacağını iddia edib.

Daxili işlər nazirinin qadağa tələbini bir çox rəsmilər, o cümlədən ekologiya naziri Şerri Rəhman müdafiə naziri Xvaca Asif dəstəkləyib. Xarici işlər naziri Bilaval Bhutto-Zərdari isə partiyaların bağlanmasının tərəfdarı olmadığını açıqlayıb.

Məlumat üçün qeyd edək ki, İmran Xan ötən həftə saxlanıldıqdan bir neçə saat sonra buraxılmışdı.

 

G7”ni UKRAYNAYA HƏRBİ YARDIMI GENİŞLƏNDİRMƏYƏ ÇAĞIRACAQ

Avropa İttifaqı () “Böyük yeddilik” (G7) ölkələrinin Hirosimada keçiriləcək sammitində Ukraynaya hərbi yardımı genişləndirmək sürətləndirməkdə israr edəcək. “Reportagentliyinin xəbərinə görə, bu barədə mayın 15- Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib.

Ursula fon der Lyayen ölkə liderlərindən iki əsas prinsipə riayət edəcəklərini gözlədiyini bəyan edib: “İlk növbədə, Ukraynaya qədər lazımdırsa, həmin müddət ərzində dəstək göstəriləcək. Bu o deməkdir ki, 2023- ildən sonra da Ukraynaya baza maliyyə yardımı sürətli hərbi yardım göstəriləcək. İkinci prinsip isə Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planına güclü dəstəyin göstərilməsidir”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə öz növbəsində vurğulayıb ki, Ukraynanın hazırda daha çox hərbi yardıma ehtiyacı var bu, onun əks-hücum həyata keçirə bilməsi üçün tez bir zamanda həyata keçirilməlidir.

 

TESLABİR MİLYONDAN ÇOX AVTOMOBİLİ GERİ ÇAĞIRIR

Teslaşirkəti Çindən bir milyondan çox avtomobilini geri çağırıb. “Trendagentliyinin məlumatına görə, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.

Belə ki, administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023- ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem müşahidə olunur.

Məlumata əsasən, istifadəçilər ayaqlarını pedaldan götürdükdən sonra mövcud əyləc sistemi düzgün işləmir, avtomobil isə qəfil sürət zamanı istifadəçilərə xəbərdarlıq etmir.

Bildirilir ki, “Teslaşirkəti baş verənlərdən sonra geri çağırdığı 1,1 milyon avtomobilə yeni proqram təminatı quraşdırmaq qərarına gəlib.

 

ZELENSKİ AVROPA ÖLKƏLƏRİNƏ SƏFƏRİNİN MƏQSƏDİNİ AÇIQLAYIB

Ukrayna prezidenti Volodimir Zelenski Avropanın bəzi ölkələrinə bu günlərdə həyata keçirdiyi səfərlərinin məqsədini açıqlayıb. “Reportxəbər verir ki, müvafiq bəyanat Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.

İtaliya, Almaniya, Fransa Böyük Britaniyaya səfərlər zamanı ölkəmizə müdafiə dəstəyi ilə bağlı mühüm razılaşmalar əldə olunub”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Avropa paytaxtlarına səfərlərin prioriteti Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində cəbhədə aktiv əməliyyatlarına hazırlıqdır.

Eyni zamanda, Volodimir Zelenski qeyd edib ki, görüşlər zamanı Ukrayna üçün döyüş koalisiyasının yaradılması, habelə NATO-nun Vilnüs sammitinə hazırlıqla bağlı danışıqlar davam etdirilib.

 

DMİTRİ PESKOV: KREML TÜRKİYƏDƏKİ SEÇKİLƏRİ DİQQƏTLƏ İZLƏYİR

Rusiya Türkiyədə keçirilən seçkilərlə bağlı xəbərləri diqqətlə izləyir. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Rusiya türk xalqının seçiminə hörmətlə yanaşacaq, həmçinin Moskva ilə Ankara arasında əməkdaşlığın davam edəcəyinə genişlənəcəyinə əmindir.

Əlbəttə, bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq bunu qəbul edəcəyik. Lakin istənilən halda əməkdaşlığımızın davam edəcəyini, dərinləşəcəyini genişlənəcəyini gözləyirik”, - deyə Kremlin sözçüsü əlavə edib.

Bununla yanaşı, Dmitri Peskov vurğulayıb ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə qanunsuz fəaliyyətlərin qarşısını almağa qadir olan güclü suveren ölkədir.

Mətbuat katibi qeyd edib ki, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq həqiqətən qarşılıqlı faydalıdır, eləcə hər iki ölkə xalqlarının maraqlarına uyğundur.

 

ACLIQ TƏRİQƏTİQURBANLARININ SAYI ARTIB

Keniyada öz ardıcıllarını ölümə aparanaclıq təriqəti qarşı  araşdırmalarda kütləvi məzar axtarışları zamanı yeni cəsədlər üzə çıxıb. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Keniyanın Sahil Dairəsinin komissarı Roda Onyança pastor Pol Makkenzinin terrorda günahlandırıldığı istintaqda yeni cəsədlərin tapıldığını meyitlərin sayının 201, təqsirli bilinərək saxlanılanların isə 26-ya çatdığını bildirib.

Eyni zamanda, sözügedən təriqətin yerləşdiyi Malindi şəhərindəitkinadı ilə taleyi naməlum daha 610 nəfərin axtarışları davam edir. Digər tərəfdən, Keniya mətbuatında bu mövzu ilə orqan ticarəti əlaqələndirilir. Belə ki, tibbi yarılmalarda bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.

Verilən xəbərə görə, Pol Makkenzi istintaqın əvvəlində polisə təxminən 1000 nəfərin meyitinin tapılacağını açıqlamışdı.

Məlumat üçün qeyd edək ki, pastor Pol Makkenzi Ntenqe kilsəsində insanlara İsa Məsihlə ac qalaraq görüşəcəklərini təlqin edib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.