İngiltərə həyəcan təbili çalıb - COVID-19-un yeni versiyası yaranıb
Dünya xəbərləri

İngiltərə həyəcan təbili çalıb - COVID-19-un yeni versiyası yaranıb

Britaniyanın səhiyyə orqanları COVID-19 virusunun yeni variantının sürətlə yayılmasından sonra yenidən xəbərdarlığa başlayıblar.

“Respublika” “CNN”ə istinadən xəbər verir ki, xüsusilə Böyük Britaniyada panikaya səbəb olan yeni veriya ölkədə hər 7 COVID hadisəsindən birində müşahidə olunur.

Elmi olaraq EG.5.1 adlandırılan bu subvariant ilk dəfə iyulun 31-də aşkar edilib. Bununla belə, virusun may ayının sonlarında yayılmağa başladığı düşünülür. Eris adlanan alt variantın Sars-Cov-2-nin Omicron variantından əldə edildiyi deyilir. Mütəxəssislər bu qənaətdədirlər ki, hələlik təşvişə düşəcək bir vəziyyət yoxdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".