Fransadakı hadisələr ölkə nüfuzunu yerlə-yeksan edib
Dünya xəbərləri

Fransadakı hadisələr ölkə nüfuzunu yerlə-yeksan edib

Son zamanlarda Fransada baş verən iğtişaşlar ölkənin beynəlxalq müstəvidəki imicinə zərər verib. 

“Respublika” xəbər verir ki, bunu Fransan Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Pyer Broşan  "Le Figaro" qəzetinə açıqlamasında  bildirib.

Broşan qeyd edib ki, keçmiş həmkarları ilə birlikdə ömrünü Fransanın dünyadakı nüfuzunun qorunmasına həsr edib: Bu uğurlar əsrlər boyu əldə edilsə də, bir neçə gün və hətta saatlar ərzində məhv edilir. Ölkədə baş verən iğtişaşlar səbəbindən beynəlxalq tədbirlərin ləğvi də Fransanın reputasiyasına böyük ziyan vurur”.

Xatırladaq ki, bu il martın sonunda Böyük Britaniyanın yeni kralı III Çarlzın səfəri pensiya islahatlarına qarşı etirazlar səbəbindən təxirə salınmışdı. Bundan başqa, polis tərəfindən 17 yaşlı Əlcəzair əsilli sürücünün qətlə yetirilməsi ilə əlaqədar başlayan iğtişaşlar səbəbindən Fransa prezidenti Emmanuel Makronun Almaniyaya səfəri də ləğv edilib.

Nəzrin ELDARQIZI,

“Respublika”