İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

İdmançılarımız Avropa çempionatında 12 medal qazanıblar

Slovakiyanın Mixalovtse şəhərində kombat ciu-citsu üzrə açıq Avropa çempionatı keçirilib. Yarışda Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin 10 idmançısı "gr ound fight", "full contact", "close contact" "self-defence" versiyalarında mübarizə aparıb. Çempionatda qadınların yarışında Fidan Yusifova (62 kq) "ground fight" "self defence" versiyalarında birinci olub. 36 yaşdan yuxarı idmançıların yarışında Ceyhun Hüseynov (93 kq) Məğrur Əhmədov (85 kq) "full contact" versiyasında qızıl medal qazanıblar. 18-35 yaşlı idmançıların yarışında "ground fight" kateqoriyasında Sabir Həsənov (85 kq) ikinci, Şirin Şirinov (57 kq) Səid Qəmbərli (63 kq) üçüncü olublar. Təmsilçimiz Amir Abdi 14-15 yaşlı idmançıların mübarizəsində "ground fight" versiyasında turniri üçüncü pillədə başa vurub. M.Əhmədov "ground fight" "close kontact" versiyalarında gümüş, Ş.Şirinov A.Abdi "close contact" kateqoriyasında bürünc medala yiyələniblər. Qeyd edək ki, millimiz çempionatı 12 medalla başa vurub.

 

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı

"Ulduz kimi parla" şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) mübarizə aparırBakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı çərçivəsində Azərbaycanın gənclərdən ibarət komandasına "Audience Award" mükafatı təqdim olunub. Komandanın tərkibinə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova Zəhra Cəfərova daxildir. Mükafatın qalibi tamaşaçılar arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib. Gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri - Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında 58.450 xalla bürünc medala layiq görülüblər. Beş topla final yarışlarında komandamızın çıxışı 31,200 xalla qiymətləndirilib gimnastlarımız bürünc medala sahib olublar.

 

Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər İdman Baş İdarəsi Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 15 yaşadək badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub. Oğlanların şəxsi yarışında Əli Gözəlov, qızlarda isə Aysu Kərimzadə birinci olublar. Oğlanların qoşa yarışında Əli Gözəlov-Fazil Quliyev, qızlarda Leyla Camalzadə-Aysu Kərimzadə, qarışıq qoşa kateqoriyada isə Əli Gözəlov-Leyla Camalzadə qızıl medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".