Millimiz Avropa çempionatında 5-ci olub
İdman

Millimiz Avropa çempionatında 5-ci olub

Avqustun 6-da Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun 5-9-cu yerləri uğrunda mübarizədə millimizin sonuncu oyunu baş tutub. 

"Respublika" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində U-18 millimiz San-Marino yığması ilə qarşılaşıb və rəqibinə 69-63 hesabı ilə qalib gələrək Avropa çempionatı "C" divizionunu 5-ci sırada tamamlayıb. 

Qeyd edək ki, Avropa çempionatı "C" divizionunun final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.