Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Siyasət

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Mövlud Çavuşoğlunun dost qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb qarşı tərəfə dərin minnətdarlığını bildirib.

Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Mövlud Çavuşoğlu minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.