AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Daily Sabah: ABŞ Azərbaycan Ermənistan arasındakı sülh danışıqlarında səylərini artırır

Daily Sabah xəbər saytı Azərbaycan Ermənistan arasındakı sülh prosesi ilə bağlı məlumat yayımlayıb. Məqalədə Ermənistan Azərbaycanın sülh danışıqlarının növbəti raundu üçün bu ay Vaşinqtonda bir araya gələcəkləri qeyd olunub. Dəqiq tarixin hələ ki, bəlli olmadığı görüş barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, tərəflər Cənubi Qafqaz regionunun stabil gələcəyini birgə təmin edəcəklər. Bununla yanaşı ABŞ rəsmisi birbaşa dialoqun problemlərin həlli davamlı, layiqli sülhə nail olmaq üçün önəmli olduğunu vurğulayıb.

Keçən ayın sonunda Avropada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən növbəti danışıqlar barədə Patel deyib ki, Bayden administrasiyası Ermənistan Azərbaycan arasında danışıqların müxtəlif ərazilərdə baş tutmasından məmnundur. Bununla yanaşı, məqalədə sülh gündəliyi ətraflı şəkildə şərh edilərək Vaşinqton Brüsseldəki görüşlərdən əlavə, Moskva görüşünün əhəmiyyəti qeyd olunub. Nikol Paşinyanın ölkəsinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağının bütün nəqliyyat əlaqələrinin açılacağının gözlənildiyi məlumatda yer alıb.

 

Anadolu Agentliyi: Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin ölkəmizin qərbindəki hərbi mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

Bu barədə Türkiyənin Anadolu Ajansı saytı bildirib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qarayman qəsəbəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf kəndində yerləşən mövqelərini avtomat pulemyotlardan atəşə tutublar", - deyə Bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin bildirilir ki, Ağdam rayonundakı hərbi mövqelər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən atəşə məruz qalıb. Eyni zamanda, bildirilir ki, qanunsuz erməni silahlı birləşmələri Şuşa, Xocavənd Ağdam rayonları ərazisində yerləşən Azərbaycan mövqelərinin qarşısında uzunmüddətli istehkamlar qurmağa cəhd göstərib, lakin Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlərlə bu cəhdlərin qarşısı alınıb. İki keçmiş sovet respublikası arasında münasibətlər 1991-ci ildə Ermənistan hərbçiləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağı ona bitişik yeddi rayonu işğal etdikdən sonra gərginləşib.

2020-ci ilin payızında Azərbaycan 44 gün davam edən döyüşlər zamanı bir neçə şəhər, kənd qəsəbəni erməni işğalından azad edib. Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli Bəyanat Azərbaycanda zəfər kimi qeyd olunur.

 

Caspian News: İran səfirliyin yenidən açılması ilə bağlı Azərbaycana müraciət edib

Caspian News xəbər saytı Tehranın Azərbaycana müraciəti ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin qeyd edilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı diplomatik missiyasının fəaliyyətinin bərpası ilə bağlı İrandan Bakıya müraciət daxil olduğunu bildirib.

"Diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bizə İran tərəfdən bir neçə müraciət daxil olub. Lakin bu məsələlər bir-biri ilə bağlıdır Azərbaycan tərəfi cinayətkarların sifarişçilərin məsuliyyətə cəlb olunacağına ciddi şəkildə cəzalandırılacaqlarına tam əmin olmalıdır. Bütün müvafiq təminatlar Azərbaycan tərəfinə sözdə deyil, əməldə verilməlidir", - deyə o, əlavə edib.

Mayın 5- İran 4 azərbaycanlı diplomatı, o cümlədən Tehrandakı səfirliyin iki əməkdaşı Təbrizdəki konsulluğun iki əməkdaşını persona non-qrata elan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözlərinə görə, İranın bu qərarı Bakının bu ilin aprelində atdığı eyni addıma cavab olub.

 

Koreaherald: Cənubi Koreya Azərbaycanda böyük enerji layihələrində iştirak etməyə can atır

Cənubi Koreya 6 iyun 2023- il tarixində Avropa qitəsində iri enerji sənaye layihələrində iştirak etmək istəyən şirkətlər üçün Azərbaycandan dəstək istəyib.

Koreaherald saytı yazır ki, bunu Cənubi Koreyanın Sənaye Nazirliyi bildirib.

Ticarət, Sənaye Energetika Nazirliyinin məlumatına görə, Cənubi Koreya Azərbaycan iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını araşdırır. Cənubi Koreya şirkətləri Azərbaycanda enerji ilə bağlı iri layihələrdə, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin 3 milyard dollar dəyərində təbii qaz obyektlərinin tikintisi layihəsində iştirak etməyə can atırlar. Azərbaycan neft, qaz digər təbii ehtiyatlarla zəngindir o, Avropaya təbii qaz nəqli marşrutu olan Cənub Qaz Dəhlizini idarə edir.

Nazirliyin açıqlamasında qeyd edilib ki, hər iki ölkə ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən smart şəhərlər, ağıllı fermalar, səhiyyə, təhsil müxtəlif digər sektorlar üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

 

Turkic World: "Azərbaycan Böyük Britaniyanın bərpaolunan enerji sahəsində əsas tərəfdaşlarından biridir" - Emma Nikolson

Məşhur "Turkic World" xəbər saytı Azərbaycanla bağlı məlumat yayımlayıb. Məlumatda bildirilir ki, Azərbaycan dəniz külək enerjisi potensialına malikdir. Bu sözləri Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Forumunda iştirakı zamanı diqqətə çatdırıb. Yazıda, həmçinin Böyük Britaniyanın da dəniz enerjisi istehsalı sahəsində mühüm təcrübəyə malik olduğu Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində "yaşıl enerji" keçidin sürətləndirilə biləcəyi vurğulanıb. "Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. 30 ildən artıqdır ki, Böyük Britaniya Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar indi biz "yaşıl enerji" daha çox diqqət yetiririk. Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək", - deyə Emma Nikolson qeyd edib.

 

Arab news: Azərbaycan Səudiyyə Ərəbistanı arasında Anlaşma Memorandumu imzalanıb

Arab news xəbər verir ki, Ciddə şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış İrşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Əl-Şeyxlə görüşüb. Görüş əsnasında Azərbaycan Respublikası DQİDK ilə Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış İrşad Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Saziş iki qardaş ölkə arasında tolerantlığın möhkəmləndirilməsi, ekstremizm terrorizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə yönəlib. Razılaşmaya əsasən, mövcud qaydalar sistemlər çərçivəsində İslam dini mütəxəssislərinin fikir mübadilələri aparılacaq.

"Respublika".