Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir
Digər xəbərlər

Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir

"Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək". Bu sözləri Prezident İlham Əliyev 2022-ci il iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında bildirib.

Ümumiyyətlə, Qlobal Bakı Forumları dünyanın bir çox ölkəsindən liderləri, biznes nümayəndələrini, mütəfəkkirləri ekspertləri bir araya gətirən mühüm tədbirdir. Forum qlobal problemlərin geniş spektrinə toxunmaqla yanaşı, aparıcı mütəxəssislərə liderlərə öz fikirlərini bölüşmək müzakirə etmək imkanı verir. Qeyd edək ki, ötən il keçirilən forumda 50-dən çox ölkədən 400-ə qədər ali yüksək səviyyəli nümayəndə, həmçinin onlayn formada iştirakçılarla yanaşı, 300-ə yaxın şəxs əyani formada iştirak edib. Bu göstərici 2021-ci ilə nəzərən xeyli çoxdur. Əlbəttə ki, bu da forumda aparılan müzakirələrin cəlbedici olduğunu, həmçinin hazırda bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir. Forumda iqtisadiyyat, enerji, davamlılıq, texnologiya, biznes, təhsil, səhiyyə, beynəlxalq əlaqələr mədəniyyət mövzusunda müzakirə aparılıb. Şübhəsiz ki, təhlil olunan mövzular dünyada baş verən hadisələri tendensiyaları əks etdirir qlobal problemlərin həllinə töhfə vermək üçün mühüm ideyalar strategiyalar təklif edir.

Ölkəmizin belə mötəbər bir foruma ev sahibliyi etməsi, əlbəttə ki, çox mühüm hadisədir. Bu Azərbaycanın mədəni, iqtisadi, həm siyasi baxımdan dünyada tanınması ilə yanaşı, onun etibarlı təhlükəsiz ölkə kimi daha da nüfuz qazanması deməkdir. Bu kimi tədbirlər ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir.

Müzakirə edilən  əsas məsələlərdən biri təhlükəsizlik məsələsi olub. Azərbaycan Prezidenti liderlər nümayəndələrə bu mövzuda çağırış edib. Prezident İlham Əliyev bildirib ki, hər bir dövlət dünyanı daha da təhlükəsiz etmək üçün bir-biri ilə daha yaxından çalışmalıdır. Ölkə başçımız buna Qarabağda yaşayan erməni azlıqların sahib olduqları hüquqları nümunə göstərib. Orada yaşayan əhali Azərbaycanda yaşayan digər millətlər kimi tam azadlığa hüquqa sahibdir.

Bundan sonra dövlət başçımız Qarabağda yaşayan erməni azlıqlar barədə danışıb: "Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər".

Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizlə Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı məlumat verib, regionda kommunikasiyaların bərpasının, xüsusilə Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundamental elementlərindən olduğunu qeyd edibHayastan normallaşmaya doğru addım  atmadığı müddətdə sülh haqqında danışmaq çətindir. Əlbəttə, belə olduğu təqdirdə, Azərbaycanın iki ölkənin birgə yaşayıb normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Həmçinin Prezident İlham Əliyev Azərbaycanın işğaldan əziyyət çəkmiş ölkə kimi sülhü normallaşmanı tələb etməyə böyük mənəvi haqqı olduğunu vurğulayıb. Şübhəsiz ki, ölkəmiz Cənubi Qafqazda daimi sülhün bərqərar olmasını milli prioritet sayır. Bu məsələdə Zəngəzur dəhlizinin mövcudluğunun da böyük rol oynayacağı bildirilib.

Azərbaycan öz həqiqətlərini dünyaya olduğu kimi çatdırıb. Bu gün mövcud olan bir çox qurum təşkilatların verdiyi vəd sözlər ölkəmiz üçün əhəmiyyətsizdir. Forum çərçivəsində bildirilib ki, hazırda ATƏT-in keçmiş Minsk qrupunun heç bir fəaliyyəti yoxdur. Bu kimi təşkilatların həyata keçirməli olduğu məsələləri, Azərbaycan öz gücünə, siyasətinə arxalanaraq həll edib. İstər Qarabağ, istərsə digər bir çox məsələlər Azərbaycanın daxili məsələsidir.

İki gün davam edən Forumun əhəmiyyəti ondan ibarətdir ki, o, bütün dünyada qlobal problemlərin həlli yollarının müzakirəsi təqdimatı üçün mühüm platformadır. Forum hər il beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən əsas məsələlərə toxunur dünya liderləri ilə digər əsas aktorlar arasında əməkdaşlıq dialoqa təşviq edir. Həmçinin  dünya, biznes liderlərinə digər əsas aktorlara yeni əməkdaşlıqlar qurmaq, effektiv siyasət aparmaq daha yaxşı gələcək üçün bir araya gəlməyə imkan verir. Ona görə forumun böyük əhəmiyyəti var.

Töhfə SƏMƏDOVA,

"Respublika".