DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİNDƏN UKRAYNAYA ADEKVAT CAVAB VERİLMƏSİ BARƏDƏ GÖSTƏRİŞ

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas zamanı Ukraynadakı hərbi əməliyyatları müzakirə edib. “TASSagentliyinin xəbərinə görə, dövlət başçısı Ukrayna ordusuna adekvat cavab verilməsi üçün komandirlərə tapşırıq verib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatının tükənmədiyini xatırladan Vladimir Putin bildirib ki, rusiyalı komandirlər döyüş əməliyyatları apararkən bu reallıqlardan çıxış etməlidirlər. Rusiya lideri bundan sonra da Qərbin Kiyevə daha çox hərbi texnika verə biləcəyini istisna etməyib.

Eyni zamanda Vladimir Putin qeyd edib ki, Ukrayna ordusu şəxsi heyət baxımından qeyri-məhdud deyil: “Səfərbərlik ehtiyatı qeyri-məhdud deyil, belə görünür ki, Ukraynanın Qərb müttəfiqləri həqiqətən Rusiya ilə sonuncu ukraynalıya qədər döyüşmək qərarına gəliblər”.

 

BMT: İRANDA İNSAN HAQLARININ VƏZİYYƏTİ CİDDİ ŞƏKİLDƏ PİSLƏŞİB

İranda ötən il  etiraz aksiyaları başlayandan  insan hüquqlarının qorunması sahəsində vəziyyət ciddi şəkildə pisləşib. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarının müavini Neda Əl-Naşifin BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda qeyd edilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, İranda etirazlar başlayandan indiyədək insan hüquqlarına hörmət kəskin şəkildə aşağı düşüb: “Məhbuslara işgəncə verilir, edam sayı əhəmiyyətli dərəcədə artıb. Bunlar ciddi narahatlıq yaradır”.

Bununla yanaşı, komissarın müavini bildirib ki, İranın Sistan-Bəlucistan əyalətində aksiyalar zamanı 10-u qız olmaqla 44 uşaq öldürülüb, eləcə 20 minə yaxın insan həbs edilib.

Eyni zamanda, hesabatda təhlükəsizlik qüvvələrinin məcburi etiraflar əldə etmək məqsədilə saxlanılanlara işgəncə pis rəftar, o cümlədən qadınlara qarşı zorakılıq hərəkətləri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb.

 

FRANSA AVROPA MEDİA AZADLIĞI AKTINA MÜDAXİLƏ ETMƏK İSTƏYİR

Fransa hazırda müzakirə olunan Avropa Media Azadlığı Aktına milli təhlükəsizlik mediası istisnalarını tətbiq etməyə çalışır. “Sputnikinformasiya agentliyinin xəbərinə görə, bu barədəPoliticonəşri məlumat yayıb.

Pərdə arxasında Fransa Aktı pozmaq üçün son cəhdini göstərir. Fransamilli təhlükəsizliksəbəbi ilə bütün Media Azadlığı Aktına ümumi istisna tətbiq etmək istəyir”, - deyə nəşr vurğulayıb.

Eyni zamanda, Fransa Daxili İşlər Nazirliyinin Kəşfiyyat xidmətlərinin təzyiqi altında Paris hökumət xidmətlərinə jurnalistlərin cihazlarına casus proqramları quraşdırmaq imkanı verən istisnaların genişləndirilməsinə çalışır.

Qeyd edək ki, bir müddət öncə Fransa Senatı elektron cihazların sahiblərinin ağır cinayət törətməkdə şübhəli bilindiyi halda onların telefonlarının uzaqdan dinlənilməsinə kameralarının işə salınmasına icazə verib.

 

SUDAN ORDUSU XÜSUSİ TƏYİNATLILARA QARŞI ƏMƏLİYYAT KEÇİRİB

Sudan ordusunun bölmələri Xartum Omdurman şəhərlərində Çevik Reaksiya Qüvvələrinin dəstələrinə qarşı xüsusi əməliyyatlar keçirib. “Reportagentliyinin məlumatına görə, bu barədə Sudan silahlı qüvvələrinin nümayəndəsi bildirib.

Verilən xəbərə əsasən, əməliyyat zamanı Çevik Reaksiya Qüvvələrinin bir neçə zirehli texnikası məhv edilib.

Bununla yanaşı, ordu bölmələri Xartumun bir neçə rayonunda da xüsusi təyinatlıların mövqelərinə obyektlərinə zərbələr endirib.

Qeyd edək ki, iyunun 21-i tərəflər arasında üçgünlük atəşkəs başa çatıb. Son iki ay ərzində Sudan münaqişəsinin tərəfləri ondan çox atəşkəs elan etsə , onların heç birinə tam əməl olunmayıb.

Sudanda aprelin ortalarından bəri ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Toqquşmalar təxminən üç min nəfərin həyatına son qoyub, altı mindən çox insan isə yaralanıb.

 

VOLODİMİR ZELENSKİ: RUSİYA ZAPOROJYE AES- TƏXRİBATA HAZIRLAŞIR

Rusiya Zaporojye Atom Elektrik Stansiyasında (AES) təxribat törətməyi nəzərdən keçirir”. “ReportunUkrinformagentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Prezidentin sözlərinə görə, Rusiya bunun üçün lazımi tədbirlər görüb Ukrayna kəşfiyyatının bu barədə dəqiq məlumatı var.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə Volodimir Zelenskinin bu açıqlamasını cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün öncə vurğulamışdı ki, Rusiya qoşunları Zaporojye AES- zərbə endirə bilər.

Xatırladaq ki, 2022-ci ilin yazında Zaporojye AES- nəzarət Rusiya ordusuna keçib. Obyekt hazırda RusiyanınRosatomşirkəti tərəfindən idarə olunur.

Bununla yanaşı, bəzi məlumatlara görə, Rusiya ordusu Zaporojye AES-ni minalayıb.

 

YAPONİYA MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ GÜCLƏNDİRİR

Yaponiyanın baş naziri Fumio Kisida ölkəsinin Xarici İşlər Nazirliyinə Mərkəzi Asiya ölkələri liderləri ilə müntəzəm görüşlərin üzərində işləməklə bağlı göstəriş vermək niyyətindədir. Bu barədə ölkəninKyodo Newsagentliyi məlumat yayıb.

Agentliyin xəbərinə əsasən, görüşlər barədə planlar gələn ili əhatə edir Mərkəzi Asiya ölkələrinin liderləri ilə sammit formatının işlənib hazırlanması həyata keçiriləcək.

Qeyd eilib ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməyə çalışan hakim Liberal Demokrat Partiyasının bir qrup deputatı ilə baş nazir Fumio Kisida arasında görüş keçirilib. Görüş zamanı bu dövlətlərlə əlaqələrin genişləndirilməsi təklif olunub.

Məlumata görə, Mərkəzi Asiya geosiyasi baxımdan mühüm regiondur, təbii ehtiyatlarla zəngindir Yaponiya üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin qeyd edilir ki, Yaponiya son zamanlar bu region ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir.

 

, ABŞ NATO İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI BİRGƏ MÜBARİZƏ APARACAQ

Avropa İttifaqı (), ABŞ NATO iqlim dəyişikliyinin qlobal təhlükəsizliyə təsirləri ilə birgə mübarizə aparmaq üçün səyləri artırmaq qərarına gəliblər. -nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell, ABŞ-ın iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, NATO-nun baş katibi Yens Stoltenberq Komissiyasının sədri Frans Timmermans iqlim dəyişikliyinin sülh təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib birgə bəyanatla çıxış ediblər.

Bəyanata görə, tərəflər iqlim dəyişikliyinin dünya üçün ekzistensial təhlükə olduğunu, həmçinin təhlükəsizlik müdafiə üçün mənfi təsirlər daşıdığını bildiriblər. Bu məqsədlə NATO iqlim dəyişikliyinin təhlükəsizliyə təsirlərini aradan qaldırmaq, məsələyə dair intensiv dialoq imkanlarını araşdırmaq üçün əməkdaşlığı gücləndirməyə davam etmək qərarına gəliblər.

Tərəflər NATO-nun iyulda keçiriləcək zirvə toplantısında iqlim dəyişikliyi ətraf mühitin pisləşməsinin təhlükəsizlik aspektləri, enerji səmərəliliyi, hərbi fəaliyyətlər obyektlərdə istixana qazı emissiyalarının ölçülməsi azaldılması kimi operativ informasiya üzrə əməkdaşlıq imkanlarını müəyyən etmək barədə razılaşıblar.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.