Suvarma suyundan səmərəli istifadə olunur
Region

Suvarma suyundan səmərəli istifadə olunur

Biləsuvar  təkcə  Aran  bölgəsinin  deyil, bütövlükdə  ölkənin  ən iri təsərrüfat rayonlarındandır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Biləsuvar rayonu üzrə 52780  hektar suvarılan torpaq sahəsi mövcuddur. Bu sahələrə Biləsuvar Suvarma Sistemləri İdarəsi xidmət edir. 2023-cü təsərrüfat ilində 46304 hektar payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilib ki, hazırda bu sahələrin suvarılması uğurla davam edir. Bu il 6013 hektar sahədə pambıq əkilib və bundan 645 hektarı arat olub, 5667 hektar səp-suvar, 4200 hektar birinci vegetasiya suyu ilə təmin olunub. Hazırda pambıq sahələrinin suvarılması davam etdirilir. Son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür.

Araz çayında nisbətən su sərfi aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki əsasında həyata keçirilir. Belə ki, suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar həm əllə, həm də texnikalara vasitəsilə lildən və kol-kosdan təmizlənir. Eyni zamanda, 5 kilometrdən artıq uzunluğunda nov kanallar cari təmir olunub. Bundan başqa, planauyğun olaraq bu ilin 6 ayı ərzində 178 kilometr təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.

Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiyası var.

N.CAVADOV,

"Respublika".