Şəhid ailələri ziyarət olunub
Sosial həyat

Şəhid ailələri ziyarət olunub

Cənub bölgəsində  mədəniyyət işçilərinin vaxtaşırı şəhid ailələrinə baş çəkməsi, onlara mənəvi dayaq durması artıq ənənə halını almışdır. Yenidən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bir qrup  mədəniyyət  işçisi  şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında  rəşadətli Ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbəsindən danışılıb, şəhidlərin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi  qəhrəmanlıqdan  qürurla  söhbət açılıb. Bildirilib ki, şəhidlərin ömür yolları  nə qədər qısa olsa da, onlar Vətən uğrunda canlarını fəda etməklə  gələcək nəsillər üçün örnək olacaq yeni bir tarix yazıblar. Məhz buna  gərə də ölümü xalqına, millətinə başucalığı olan Vətən şəhidləri  ürəklərdə yaşamaqla, heç zaman unudulmazlar.

Həmçinin Görüşdə şəhid ailələrinə, müharibə veteranlarına  dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, onlara ərzaq sovqatları təqdim olunub.

Şəhid ailələri diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan  razı qaldıqlarını ifadə ediblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.