Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.1-ci və 53-cü maddələri, Mülki Məcəllənin 139-1.1.2-ci və 139-1.1.4-cü maddələri və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin şərh edilməsinə dair Ali Məhkəmənin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 29-na təyin edilmiş iclasında baxılacaq.