İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

Bədii gimnastika üzrə Azərbaycan millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək "Gymnastic International 2024" turnirində iştirak edəcək. Yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova medallar uğrunda mübarizə aparacaqlar. Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova isə turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Paralimpiya Oyunlarına növbəti lisenziya

Azərbaycan təmsilçisi "Paris 2024" Yay Paralimpiya Oyunlarına növbəti lisenziya qazanıb. Bu uğura paraüzgüçümüz Könül Süleymanova imza atıb. Qeyd edək ki, Paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".