Zəfərə aparan yol
Region

Zəfərə aparan yol

Mingəçevir

Mingəçevir şəhər İcra Hakimiyyəti və “N” saylı Bərdə hərbi korpusunun birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Tədbir hərbi orkestrin hərəkəti ilə şəhərin mərkəzi küçəsindən start götürüb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, “N” saylı hərbi hissənin rəhbər və bir qrup şəxsi heyətin, təhsil, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir “Əsgərə məktub” layihəsi çərçivəsində vətən keşiyində dayanan hərbçilərə məktubların yazılması ilə başlayıb.

Novruz müjdəçisisi olan Od çərşənbəsinə təsadüf edən tədbirdə, hərbi hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı nümayiş olunub. Məktəblilər tərəfindən hazırlanan kitab, rəsm, əl işləri sərgisi, idman və mədəniyyət evlərinin təqdim etdikləri milli kulinariya nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən hərbiçilər, bilik və idman yarışlarında yer tutan məktəblilər fəxri fərmanlarla təltif ediliblər.

Zabit XƏLİLOV,

“Respublika”.